TÜRKSOY-un festivalında uğur qazanan sənətçilərimiz Bakıya qayıdıblar
09 iyul 2011 12:47 (UTC +04:00)

TÜRKSOY-un festivalında uğur qazanan sənətçilərimiz Bakıya qayıdıblar

Lent.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Azərbaycandan festivala qatılan müğənnilər Günel Ələkbərova, Nurlan Əzizbəyli və Cəlal Abbasov festival çərçivəsində keçirilmiş müsabiqədə uğurla çıxış ediblər.

Cəlal Abbasov 38-ci Beynəlxalq Türkdilli Ölkələrin Pop Musiqisi İfaçılarının Festivalında birinci yerə layiq görülüb və festivalın qalibi elan edilib.


Nurlan Əzizbəyli TÜRKSOY-un xüsusi mükafatı ilə təltif edilib, Günel Ələkbərova isə münsiflər heyətinin qərarı ilə "Ən yaxşı səhnə obrazı" adına layiq görülüb.

Sənətçilər iyulun 8-də Bakıya qayıdıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar