Növbəti qanlı cümə
09 iyul 2011 12:13 (UTC +04:00)

Növbəti qanlı cümə

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Mərkəzi Qahirədə yerləşən Suriya Milli İnsan Haqları Təşkilatının rəhbəri Ammar Kurabi təhülksəzilik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində İdlib vilayətinin şərqindəki Maarat Əl Numan qəsəbəsində 3 nəfərin vurularaq öldürüldüyünü söyləyib.

Ammar Kurabi başqa bir nümayişçinin də paytaxt Dəməşqə bağlı Midanda dünyasını dəyişdiyini bildirib. Dəməşq ətrafındakı Sakba və Humusda da nümayişçilərə atəş açılıb. Harastanın bir qəsəbəsində 3 nəfəri öldürülüb.

Suriyanın şimalındakı Hama şəhərində mitinqə çıxan iqtidar əleyhdarlarının sayının 450 mini keçdiyi xəbər verilir. Suriya insan haqları müdafiəçilərindən Abdulkərim Rihavi Əl Assi meydan və meydana çıxan yollarda 450 mindən çox insanın aksiya keçirdiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar