Dünyanın ən böyük şirkətlərinin adları açıqlandı
Lent.a-ın “Fortune” jurnalına istinadən verdiyi məlumata görə, ABŞ-ın “Wal-Mart” şirkəti 421 milyard 849 milyon dollar gəlirlə ilk sırada qərarlaşıb.
İkinci və üçüncü yerdə müvafiq olaraq neft şirkətləri - 378 milyard 152 milyon dollar gəlirlə Hollandiyanın “Royal Dutch Shell” şirkəti və 354 milyard 674 milyon dollar gəlirlə ABŞ-ın “Exxon Mobil” şirkəti qərarlaşıb. İngiltərənin BP şirkəti isə 308 milyard 928 milyon dolar gəlirlə dördüncü yerinə sahibi olub.
Beləliklə, “Fortune” jurlanının keçən il açıqladığı siyahıdakı ilk dördlük bu il də yerlərini qoruyub. Ancaq keçən il 5-ci yerdə qərarlaşan Yaponiyanın “Toyota” avtomobil şirkəti bu il 8 sıra geriləyib. Digər yapon şirkəti “Japan Post Holdings” də 6-cı pillədən 9-cu pilləyə enib.
Keçən il siyahıda 270-ci yerdə olan ABŞ-ın “Fannie Mae” şirkəti bu il ən sürətli böyüyən şirkət olub və siyahının 15-ci pilləsində qərarlaşıb. Bu il siyahının ilk onluğunda 3 Çin şirkəti yer alıb. Çinin “Sinopec Group” şirkəti 6-cı, “China National Petroleum” şirkəti 7-ci, “State Grid” şirkəti 8-ci yerdə qərarlaşıb.
Ümumiyyətlə, dünyanın ən böyük 500 şirkətindən 133-ü ABŞ şirkəti, 68-i yapon şirkəti, 61-i Çin şirkəti, 35-i fransız şirkəti, 34-ü alman şirkəti, 8-i Hindistan şirkətidir. Türkiyənin bu siyahıda təmsil olunan yeganə şirkəti “Koç Holding” şirkətidir. “Koç Holding” 35 milyard 713 milyon dollar gəlirlə 247-ci yerin sahibidir. Türkiyənin bu şirkəti keçən il 243-cü yerdə olub.
Siyahıda yer alan şirkətlərin 12-nin rəhbəri qadındır.

981