Dünyanın ən gənc ölkəsi - Cənubi Sudan
İyulun 9-da Afrikanın sahəsinə görə ən böyük ölkəsi olan Sudan Cənubi Sudanın müstəqilliyini elan etməsi ilə rəsmən iki yerə parçalanır.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 2005-ci ildə əldə olunan razılaşma əsasında bu il yanvarın 9-da Cənubi Sudanda referendum keçirilib və referendum zamanı bu bölgədə yaşayanlar Hartum hakimiyyətini qəbul etmədiklərini ortaya qoyublar.
Cənubi Sudanda əhalinin əksəriyyəti xristian dinini qəbul edib. Bu səbəbdən də Qərbin ötən illər ərzində Cənubi Sudanın Sudandan ayrılmasına birmənalı dəstək verməsi təsadüfi deyil. Üstəgəl, Hartum Cənubi Sudanın müstəqilliyinə yol açan referendumun keçirilməsinə icazə verdikdən sonra ölkənin neft ehtiyatları mübahisə mövzusuna çevrilib. Cənubi Sudan neftlə zəngin Abeyi bölgəsinə iddia edir və Qərb də bu bölgənin Cənubi Sudanın nəzarətinə keçməsi üçün səy göstərir. Ümumiyyətlə, neftlə zəngin 5 ən böyük yataq Şimali Sudanda, 8 ən böyük yataq isə Cənubi Sudan ərazisindədir. Neft məsələsi və Abeyi bölgəsi ilə bağlı Sudan və Cənubi Sudan arasında tez-tez alovlanan qanlı toqquşmalar bu gün də davam edir.
Cənubi Sudan sabah müstəqilliyini elan etməklə dünyanın ən gənc dövləti olacaq. Paytaxt Jubada bayram hazırlıqları aparılır.

808