Eşşək və zebrdən gözlənilməz qoçaqlıq! - FOTO
Çinin Syamın şəhər zooparkında uzunqulaq və zebrin balası dünyaya gəlib. Lent.az-ın “The Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, ana zebrin bu əcaib balasını dünyaya gətirərkən ölümdən dönüb.
Veterinarlar doğuş zamanı bu unikal balanın boğulmaqda olduğunu görüb, onun ayağından çəkərək çıxarıblar. Ata eşşək və ana zebrin bu əcaib balasının ayaqları zebr kimi zolaqlı, bədəni isə qəhvəyi rəngdədir. Çəkisi 30 kiloqram, bədəninin uzunluğu isə 1 metrdən çoxdur. Ana zebr bu qəribə görünüşlü bala ona yaxınlaşarkən özünü sakit aparır.
Zooloqlar isə indidən bu əcaib varlığı necə adlandırmaq barədə fikirləşirlər. Ən çox müzakirə olunan variantlar zonkey, zebonkey, zebrinny, zebrula və zedonk variantlarıdır

764