Sakit okeanda nadir metalların nəhəng ehtiyatı tapıldı
05 iyul 2011 23:16 (UTC +04:00)

Sakit okeanda nadir metalların nəhəng ehtiyatı tapıldı

Yaponiyalı geoloqlar Sakit okeanın yatağında nadir metalların nəhəng yatağını kəşf etdiklərini açıqlayıblar. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu kəşf nadir metalların qurudakı əsas yataqlarına sahib olan Çin üçün “soyuq duş” sayılır.


Yapon geoloqların ehtimallarına görə, okean yatağında yeni kəşf edilən nadir metalların ehtiyatı 100 milyard tondur. Ancaq indiyə qədər quruda aşkarlanan və əsasən Çin ərazisində yerləşən yataqların ehtiyatı 110 milyon ton olub.

Qeyd edək ki, 17 elementdən ibarət nadir metallar qrupu maqnit özəlliyinə malikdir, ya da zəif işıqda parlayırlar. Bu metallar alternativ enerji mənbələrindən istifadə ilə bağlı texnologiyaların hazırlanmasında əsas yeri tutur. Başqa sözlə, günəş enerjisi panelləri, elektriklə işləyən avtomobillər və zərif enerji batareyalarının istehsalında önəmli xam maddələrdir. Cib telefonlarından külək pərlərinə qədər bu çox sahələrdə istifadə olunan bu metalların hələ də 97 faizi Çində hasil olunur. Okean yatağındakı nadir metal ehtiyatları çətinlik olmadan istifadə edilərsə, bu, Yaponiyanın bu sahədə Çinin inhisarına son qoyması demək olacaq.

Xatırladaq ki, keçən il ABŞ və Avropa Birliyi Çindən nadir metalların istehsalındakı inhisarından pis istiqamətdə istifadə etməməsini istəyiblər. Çin isə təbiəti qorumaq üçün nadir metal hasilatını məhdudlaşdırdığını və bu sahədəki inhisarından pis niyyətlə istifadə etmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544

Oxşar yazılar