Əhmədinejad: “İndiyə qədər susmuşuq...”
İran prezidenti Mahmud Əhmədinejad İran hüquq-mühafizə orqanlarının bir sıra yüksək vəzifəli dövlət məmurlarını həbs etməsini siyasi təxribat adlandırıb. Lent.az-ın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Mahmud Əhmədinejad bunu bu gün hökumətin iclasında söyləyib.
İran prezidenti deyib ki, əgər hökumət məmurlarının həbsi tendensiyası davam edərsə, o, bu məsələni ümumxalq müzakirəsinə çıxarmaq və prezident hakimiyyətinin bütünlüklə tətbiq etməklə hərəkət etmək məcburiyyətində qalacaq. Mahmud Əhmədinejad vurğulayıb ki, hökumətə ciddi təzyiq göstərilir: “İndiyə qədər susmuşuq və hələ susmağa davam edəcəyik. Ancaq bir “qırmızı xətt” var və mənim vəzifəm hökumət kabinetini qorumaqdır”.
Qeyd edək ki, keçən həftə İran məhkəməsi xaricdə yaşayan iranlılarla iş üzrə ali şuranın katibi Məhəmməd Şərif Malikzadəni saxlayıb. Ona qarşı maliyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı ittiham irəli sürülüb. Az sonra isə Arvand və Araz azad iqtisadi zonalarının rəhbərlərinin də həbs edildiyi məlum olub.
Xatırladaq ki, aprel ayından İranda daxili siyasi böhran yaşanır. Buna səbəb Nazirlər Kabinetində aparılan islahatlara və bir sıra kadrların təyinatına ali dini lider Əli Xamneyinin mənfi yanaşmasıdır. Əli Xamneyi Mahmud Əhmədinejadın vəzifədən çıxardığı kəşfiyyat nazirini və digər şəxsləri yenidən vəzifəsinə bərpa edib. Bundan sonra Mahmud Əhmədinejad bir həftədən çox işə çıxmayıb. Qanunverici orqan da Mahmud Əhmədinejadın qərarlarına qarşı çıxıb. Mahmud Əhmədinejadın son bəyanatı Əli Xamneyiyə mesaj xarakterli xəbərdarlıq sayılır.

460