Bəhreyn müxalifəti birgə bəyanat yaydı
Bəhreyndə birgə bəyanat qəbul edən müxalifət qrupları iqtidarın həbslərə və təzyiqlərə son qoymasını istəyib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, 7 sünni və şiə qrup tərəfindən hazırlanan birgə bəyanatda iqtidarın ölkədəki böhranı siyasi islahatlar yolu ilə həll etmək əvəzinə mitinqləri təhlükəsizlik problemi kimi dəyərləndirməsini sayıb.
Çox sayda müxalifətçinin həbs olunmasından sonra bir araya gələn müxalif təşkilatların sözçüləri birgə mətbuat konfransı keçirərək iqtidarın Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinin hərbi birliklərini Bəhreynə dəvət etməsini sərt şəkildə tənqid ediblər. Bəhreyn xalqının demokratik seçki yolu ilə iqtidara gələn bir hökumət istədiyini vurğulayan müxaliflər iqtidarın xalqın demokratiya ilə bağlı tələblərini xarici qüvvələrin planı kimi dəyərləndirməsinə etirazlarını bildiriblər.
Müxalifət Küveytin Bəhreyndəki tərəflər arasında müzakirələrin yenidən başlaması üçün vasitəçilik təklif etməsini dəstəkləyib, eyni zamanda problemin dialoq yolu ilə həll olunmasını istəyən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı alqışlayıblar.

Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31