Əlcəzairdə fövqəladə vəziyyət rejimi ləğv edildi
23 fevral 2011 12:45 (UTC +04:00)

Əlcəzairdə fövqəladə vəziyyət rejimi ləğv edildi

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Əlcəzair hökuməti ölkədə 19 ildir ki, davam edən fövqəladə vəziyyət rejimini ləğv edib.

Qeyd edək ki, yanvarın sonlarından başlayaraq müxalif “Mədəniyyət və Demokratiya Uğrunda Yığıncaq” Partiyası tərəfindən paytaxt Əlcəzairdə kütləvi aksiyalar təşkil olunmağa başlanılıb. Aksiya iştirakçıları 1992-ci il fevralın 9-dan prezidentin əmri ilə tətbiq olunan və 1993-cü il fevralın 6-da parlament tərəfindən müddəti uzadılan fövqəladə vəziyyət rejiminin ləğv edilməsini, aksiya iştirakçılarının azadlığa buraxılmasını, bahalıq və işsizlik probleminin həllini tapmasın, kütləvi informasiya vasitələri üçün azad şəraitin yaradılmasını tələb edirlər.

Fevralın əvvəlində prezident Əbdüləziz Buteflika bəyan edib ki, Əlcəzair hakimiyyəti yaxın vaxtlarda fövqəladə vəziyyət rejimini ləğv edəcək, paytaxt istisna olmaqla, ölkənin bütün ərazisində mitinq və yürüşlərin keçirilməsinə icazə verəcək. O, dövlət televiziya və radio kanallarında bütün siyasi partiyalara efir vaxtı ayrılacağını da bildirib. Qənd və yağın qiymətinin 41 faiz aşağı salınacağı da verilən vədlər sırasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar