Mərakeşdə qanlı çaxnaşma başladı
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Əl-Xoseym şəhərində aksiyaçılar bir bankın şöbəsini yandırıblar. Həmin vaxt binada olan 5 bank işçisi diri-diri yanıb. Mərakeş hakimiyyəti hadisə ilə bağlı araşdırma başladığını bəyan edib. Ümumiyyətlə, aksiyalar zamanı 128 nəfər yaralanıb, 120 nəfər saxlanılıb.
Rabat və Kasablanka şəhərlərində keçirilən aksiyalar dinc xarakter daşısa da, mağazaları talan edən qruplar peyda olub.
Qeyd edək ki, Mərakeşdə 20 Fevral Hərəkatı “Facebook” sosial şəbəkəsi vasitəsi ilə ölkədə kral hakimiyyətinə, korrupsiyaya son qoymaq, həyat şəraitini yaxşılaşdırmaq tələbləri ilə aksiya təşkil edir.

623