Tehran hakimiyyəti cümə günü yürüşə çıxacaq
Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına əsasən, İran rejimi bu həftənin cümə günü müxalifət əleyhinə yürüş keçirməyi planlaşdırır.
Aksiya İslam təbliğatı əlaqələndirmə şurası tərəfindən təşkil olunacaq. Bu qurum, bir qayda olaraq, hakimiyyət tərəfindən bəyənilən tədbirlərə təşkilatçılıq edir.
Onlar bununla bağlı bildiriş də yayıblar: «Tehran əhalisi cümə namazından sonra ara qızışdıranlara qarşı qəzəb və nifrətini bildirmək üçün yürüş keçirəcək».
İranın baş prokuroru, Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni-Ejei isə hadisələrdən qabaq «fitnəkarların» cəzalandırılmasını tələb edirdi. Ötən gün o, jurnalistlərə açıqlamasında müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə qarşı sərt bəyanatlar səsləndirib: «Fitnə başçılarının son günlər baş verənlərlə bağlı davranışını heç cür bağışlamaq olmaz. Onlar ölkənin əsas düşmənləri - ABŞ və sionist rejimlə əməkdaşlıq edərək, böyük cinayətin iştirakçısı olublar. Onlar ölkə düşmənləri ilə səs-səsə verərək, cinayət törədiblər. Bu şəxslər qəti şəkildə mühakimə olunaraq, öz cəzalarına çatacaqlar. Çünki onlar xalqı yenidən qiyama, küçələrə çıxararaq, ölkədəki sabitliyi pozmağa və hökumət əmlakını yandırmağa çağırıblar».
Bu bəyanat, yaxın zamanlarda M.Kərrubi və M.Musəviyə qarşı cinayət işinin açıla biləcəyi ehtimalını artırır.
Parlamentin 227 üzvünün imzaladığı müraciətdə «iğtişaş yaratmaqda və onu qızışdırmaq»da suçlanan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin «məhkəməyə cəlb edilmələri» tələb olunur.
Parlamentin sədri Əli Laricani çıxışında ABŞ-ı suçlayaraq, «azadlıqsevərliyinə» görə Vaşinqtonun Tehrana «təzyiq etdiyini» bildirib: «Cənab Musəvi və Kərrubi ABŞ-ın tələsinə düşüb, ona görə də asılmalıdırlar».
Deputat Fatimə Rəhbər isə Musəvi və Kərrubinin ünvanına sübutsuz ittihamlar səsləndirib: «Heç şübhəsiz, onlar sionistlərdən mənəvi və maddi yardım alıblar. İslam inqilabı bölgədə, o cümlədən Tunis və Misirdə öz bəhrəsini verməyə başladığı bir dövrdə bu adamlar ölkəni hərc-mərcliyə sürükləməklə bu nailiyyəti azaltmağa çalışırlar».
Bu sayaq çıxışlar inqilabın ilk illərini və ondan sonrakı ağır dövrü xatırladır. Onda «İmamın bacıları» insanların üzünə duraraq, çoxlu sayda müxalif düşüncəlilər barəsində hökmlərin çıxarılmasına bais olmuşdular.
Əli Laricani və Fatimə Rəhbərin çıxışlarından göründüyü kimi, hakimiyyətin özünü müdafiə təbliğatı əvvəlki illərdən fərqlənmir. Yenə ölkədəki bütün etirazlarda ABŞ, İsrail və onların müttəfiqləri suçlanır, müxaliflər «sionistlərə işləmək»də ittiham olunur.
İqtidaryönlülər M.Musəvinin həbs olunması üçün Tehran hakimiyyətinə yeni-yeni ideyalar verirlər. Onların iddiasına görə, Musəvi ayətullah Xomeyninin əleyhinə çıxışlar edib, onun karikaturası müxaliflərin saytlarında yayımlanır. Bununla da bəhs etdiyimiz müxalifət liderlərinin həbsinin gözlənilən olacağını güman edirlər.
Güney Azərbaycandan etiraz səsinin çıxmaması Tehran hakimiyyətini rahatsız etməkdədir. İranın ali rəhbəri ayətullah Xamneyi az qala vəziyyəti «yerində dəyərləndirmək» üçün Təbrizə səfər edib. O, bu ziyarətini 1979-cu ildə Təbriz əhalisinin şah rejiminə qarşı kütləvi etiraz aksiyası ilə əlaqələndirsə də, Misirdə baş verənlər haqda danışmaqdan özünü saxlaya bilməyib: «Bu günlərdə Misirdə baş verən, prezident Hüsnü Mübarəkin istefası ilə nəticələnən hadisələr bu ölkədəki islami oyanışın və xalqın uzun illər təhqir olunmasının nəticəsidir. Amerikaya və sionist rejimə bağlı olan Misir hakimiyyətinin uzun illər xalqı zillətə və təhqirə məruz qoyması, nəhayət, xalqı boğaza yığdı və bu gözlənilməz olayların meydana çıxmasına gətirib çıxardı. Bu gün Amerika çalışır ki, Misir xalqının hərəkatını yolundan yayındırsın və Misir xalqını bəzi cüzi nailiyyətlərə qane etməklə insanları öz evlərinə qayıtmağa razı salsın. Lakin bu hiylələrin artıq oyanmış və öz gücünə inanmış Misir xalqına təsir edə biləcəyini güman etmirəm».
Ayətullah Xamneyinin bu sayaq çıxışına Misirin “Müsəlman qardaşlar” cəmiyyətinin rəhbəri Məhəmməd münasibət bildirərək, demişdi: «Cənab Xamneyi bilməlidir ki, Misir inqilabı islami deyil, xalq inqilabıdır. Çünki bu inqilabda, etiraz aksiyalarında müsəlman əhali ilə yanaşı, ölkənin başqa təbəqə və zümrələri, o cümlədən xristianlar da fəal iştirak edir».
Misir prezidenti Hüsnü Mübarək hakimiyyətinə müxalif olan 12 partiya olaylar zamanı birgə bəyanat yayaraq, İran İslam Respublikasının rəhbərliyini ittiham edərək, bildirmişdi: «İran hakimiyyəti öz zahirini bəzəmək üçün islamdan sui-istifadə edir. Onlar Misirdə fitnə-fəsad yaymağa çalışır». İranın Misirin daxili işlərinə qarışmasını məhkum edən birgə bəyanatı «Əlcil», «Yaşıllar», Azad Respublika, Demokrat, Sabah, İttifaq, Mühafizəkarlar, Sosialist Ərəb Misir, Azad İnsanlar, Misir Gəncləri, Millət və Sülh partiyaları imzalamışdılar.
Müxalifətə qarşı çıxış edənlərə və deputatlara gəldikdə isə onların da kimliyi hər kəsə bəllidir. İran İslam Respublikasında hakimiyyəti bir qrupun mənimsədiyi sirr deyil. Parlamentin üzvlərinin çoxu əvvəllər inqilab keşikçiləri qvardiyasında xidmət edib. Bu baxımdan, 227 deputatın yuxarıda qeyd etdiyimiz bəyanatı verməsində qeyri-adi bir nəsnə yoxdur. Susub, başqa şəkildə davransa idilər, onlardan şübhələnmək olardı.
Cümə namazından sonra müxalifətə qarşı «etiraz aksiyası keçirənlərin» də sosial tərkibi bəllidir - bunlar hakimiyyətin universitetlərdəki təhlükəsizlik qurumlarına bağlı tələbələr, bir də qvardiyanın (Sepahın) əsas kadr bazası, bəsiclər. Cümə günü onlara bir komanda veriləcək: «Cümə namazından sonra yürüşə!» Çünki neçə illərdir cümə namazlarına da adi insanlar getmir. Hakimiyyətin bu tədbiri də bəsiclərin sayəsində gerçəkləşir.
Odur ki, Tehran hakimiyyətinin bu sayaq yolla beynəlxalq ictimaiyyətin gözünə kül üfürmək cəhdi gülüş görünür.
Sədrəddin Soltan

540