Fransalı nazirlərə bəd xəbər
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Nikolas Sarkozi baş nazir və Yelisey Sarayının icazəsi olmadan nazirlərə xarici ölkələrə tətilə getməyi qadağan edib.
Nikolas Sarkozi hesab edir ki, hökumət üzvləri vətənlərində istirahət etməli, yalnız istisna hallarda xaricə üz tutmalıdırlar.
Fransa prezidentinin bu bəyanatı baş nazir Fransua Fiyonun ailəsi ilə Misirdə, həm də Misir hökumətinin hesabına istirahətdə olması barədə açıqlamasından sonraya təsadüf edir. Üstəgəl, az əvvəl xarici işlər naziri Mişel Ayo-Mari ilə bağlı qalmaqal da yaşanıb. Fransa mətbuatı xarici işlər nazirinin ad günü ilə bağlı Tunisdə tətildə olduğunu yazıb. Ayo-Mari dekabrın sonlarında Tunisdə xalq hərəkatı başlayarkən devrilmiş Tunis prezidenti Abidin ben Əlinin xanımının sahibkar qohumunun təyyarəsi ilə geri qayıdıb. Xarici işlər naziri özü də həmin vaxt Tunisdə olduğunu etiraf edib, ancaq təyyarənin Abidin ben Əlinin xanımının sahibkar qohumuna məxsus olduğunu inkar etməyə çalışıb. O, nazir olduğu müddətdə bir daha şəxsi təyyarədə uçmayacağına da söz verib. Fransanın Sosialist Partiyası isə xarici işlər nazirini istefa verməyə çağırıb.

Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13