Danimarkadan müsəlmanları aşağılayan addım
Danimarka hökuməti insanlara dinlərinə görə fərqli maaş sistemini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Danimarkanın maliyyə naziri Klaus Hjört Frederiksen tərəfindən gündəmə gətirilən layihəyə görə, müsəlman miqrantlar danimarkalılardan daha aşağı maaşla çalışacaq və sosial xidmətlərdən bəhrələnmək üçün xal toplamaq məcburiyyətində qalacaqlar. Hökumət həm də pensiyaya çıxan müsəlmanların yenidən yoxlanılmasını və bəzilərinin təkrar iş həyatına qaytarılmasını da istəyir. Qərb ölkələrindən Danimarkaya gələn və müsəlman olmayan miqrantların iş saatlarında isə hər hansı dəyişiklik nəzərdə tutulmur.
Qanun layihəsi Danimarkada yaşayan müsəlman ictimaiyyətində böyük etirazlara səbəb olub. Müxalifət qanun layihəsinin hakimiyyətdə olan Liberal-Mühafizəkar Partiyası tərəfindən 9 ildir ki, həyata keçirilən inteqrasiya siyasətini də iflasa uğratdığı qənaətindədir. Sosialist Xalq Partiyası və Sosial Demokrat Partiyasının sözçüləri sərt açıqlamalar veriblər. Xristian Demokrat Partiyasının sözçüsü Per Orum Jorgensen isə deyib ki, hökumət bu qanun layihəsini əvvəllər də gündəmə gətirməyə çalışıb: “Maaşlarda, sosial yardımlarda insanlar arasında dini-etnik ayrı-seçkilik edə bilmərik. Bu, cəmiyyətdə ayrı-seçkiliyə yol açacaq”.
Qanun layihəsi hökumət daxilində də etirazlara yol açıb. Danimarkanın inteqrasiya naziri Birt Ronn Hornbeç layihəni “xoş olmayan təklif” adlandırıb. Bir milyondan sox üzvü olan Danimarka Ticarət Palatası Konfederasiyasının rəhbəri Harold Börsting layihəni axmaqlıq nümunəsi adlandırıb və onun qəbuledilməz olduğunu vurğulayıb.

1001