Avropa Birliyi Fələstini tanımaq yolunda
15 dekabr 2010 17:05 (UTC +04:00)

Avropa Birliyi Fələstini tanımaq yolunda

Lent.az-ın “MIGnews”-a istinadən məlumatına görə, “Fələstin dövlətinin 1967-ci il sərhədləri çərçivəsində tanınması” ilə bağlı Fələstin hökumətinin çağırışına Avropa Birliyinin xarici siyasət qurumunun başçısı Eşi Ketrin münasibət bildirib.

Bu haqda qərar AB-nin Brüsseldə keçirilən xüsusi müşavirəsində qəbul edilib. Müzakirə nəticəsində tərəflər belə qərara gəlib ki, indiki mərhələ “yaşayış məskənlərində tikintinin dayandırılması ilə bağlı danışıqların bərpasına İsraili inandırmaq”la məhdudlaşdırılsın.

Avropalı nazirlər ümidvardır ki, “ABŞ-la bir mövqedən” çıxış edərək, İsraili tikintinin dondurulmasına razı salacaqlar.

Avropa Birliyi xarici işlər nazirlərinin birgə müşavirəsində qəbul olunan bəyanatda vurğulanıb: “Şərqi Qüds də daxil olmaqla yaşayış məntəqələrinin tikilməsi ilə bağlı məsələyə mövqeyimiz bəllidir. Bu beynəlxalq qanunların pozulmasıdır və sülh danışıqları prosesini ciddi şəkildə əngəlləyir.

İsrail bütövlükdə və əlüstü, qabaqcadan heç bir şərt irəli sürmədən Qəzza zolağına humanitar yüklərin və başqa malların daşınması ilə bağlı məhdudiyyəti aradan qaldırmalı, eləcə də insanların sərhəddən keçərək, hər iki tərəfə sərbəst hərəkət etməsinə şərait yaratmalıdır”.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar