İrəvanda əcaib hadisə
Ermənistan prezidenti Serj Sarkisyan prezidentin protokol xidmətinin əməkdaşına hücum çəkən İrəvan meri Qagik Beqlaryanı sərt tənqid edib.
APA-nın “İnterfax”a istinadən xəbərinə görə, prezidentin mövqeyini onun mətbuat katibi Armen Arzumanyan çatdırıb.
“Prezident bu cür hadisələrlə bağlı mövqeyini bir neçə dəfə bildirib. Bu davranış qəbuledilməz və yolverilməzdir. Xüsusən də dövlət məmuru ilə bağlı” - deyə mətbuat katibi S.Sarkisyanın mövqeyini ifadə edib.
Xatırladaq ki, “Armenia Today” İrəvan merinin prezidentin protokol xidmətinin əməkdaşı Aram Kandayanı döyməsi barədə məlumat yayıb. Buna səbəb dekabrın 3-də dünya şöhrətli müğənni Plasido Dominqonun konsertində Q.Beqlaryanın xanımının prezidentlə yanaşı oturması səbəb olub. A.Kandayan prezidentlə yalnız ölkə rəhbərliyinə daxil olan şəxslərin yanaşı oturmasının mümkünlüyünü bildirərək, merin xanımından yerini dəyişməyi xahiş edib. Həyat yoldaşından bu haqda məlumat alan mer prezidentin protokol xidmətinin əməkdaşını “Metaks” fabrikinə apartdıraraq vəhşicəsinə döyüb.
Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan isə deyib ki, Q.Beqlaryanın və A.Kandayanın iştirakı ilə kiçik insident baş verib: “Amma mətbuat hər şeyi şişirdib - nə adam oğurlamaq, nə də vəhşicəsinə döymək olmayıb”.
“İnterfax”ın İrəvan meriyasındakı mənbələrə istinadən yaydığı son xəbərə görə, Q.Beqlaryan vəzifəsindən istefa verib.

Oxşar yazılar

Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04