Uels Şahzadəsi İran mədəniyyət mərkəzinə qarşı
Lent.az-ın «Tudorwood»-a istinadən məlumatına görə, həftənin sonunda Uelsin şahzadəsi Çarlz Londonda İran səfirliyi və islam mədəniyyət mərkəzi üçün yeni binanın tikilməsi məsələsinə müdaxilə edib.
Bu binanın Londonun ən bahalı yerində, qədim kilsənin yanında tikilməsi planlaşdırılıb.
Binanın yeni müasir dizaynla inşası yerli varlı sakinlərin və tarixi irs mütəxəssislərinin etirazına səbəb olub. İranın yeni daşınmaz əmlakının səfirliyin köhnə binasından bir neçə kilometr aralı tikilməsi planlaşdırılıb.
Səfirliyin yeni binasının tikintisi İslam Respublikasına on milyonlarla funta başa gələcəyi ehtimal edilir.
Hazırda binanın tikintisinə qarşı çıxanlar şahzadə Çarlzı öz nüfuzundan istifadə edərək, bu tikintinin dayandırılmasına yardım etməyə çağırırlar. Binanın inşasının dayandırılması üçün Uels şahzadəsi artıq bir neçə dəfə təsir etməyə çalışıb.
Sədrəddin Soltan

Oxşar yazılar

Məşhur aktyor Halk Hoqan xəstəxanaya yerləşdirildi
19 iyun 2025 , 02:32
İsrail 60 qırıcı ilə Tehranda 20-dən çox hərbi hədəfi vurdu
19 iyun 2025 , 00:32
İran ilk dəfə "Səccil" raketini buraxdı
18 iyun 2025 , 23:08
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
18 iyun 2025 , 17:47
İsrail İranın Daxili Təhlükəsizlik Qərargahını MƏHV ETDİ
18 iyun 2025 , 17:38
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
18 iyun 2025 , 16:28
Lukaşenko Belarusdakı aclıqdan DANIŞDI
18 iyun 2025 , 13:48