Avropalılar İran təyyarələrinə benzin verməyəcəklər
GünAzTV-nin «The Washington Post»-a istinadən məlumatına görə, Tehran hakimiyyətinə qarşı tətbiq edilən sanksiya ilə Avropa ölkələri hava limanlarının çoxu «İran Air»ə aid mülki təyyarələri yanacaqla doldurmaqdan imtina edib.
Bununla əlaqədar İrandan Amsterdam-London-Stokholm reysi ilə uçan təyyarə yanacaq doldurmaq üçün ya Almaniya, ya da Avstriyanın hava limanlarına enmək məcburiyyətində qalacaq. Çünki bu ölkələrdə hələ ki «İran Air»-in təyyarələrinə yanacaq verilir.
Mənbənin bildirdiyinə görə, bu il sentyabrın 30-da Vaşinqton Avropanın ən nəhəng neft şirkətləri – Fransanın «Total», Norveçin «Statoil», İtaliyanın «Eni», Hollandiya-Britaniyanın «Royal Dutch Shell»lə anlaşma imzalanıb. Müqaviləyə əsasən bu şirkətlər İranın energetika sənayesinə sərmayə yatırmayacaq, eləcə də bu ölkəyə məxsus təyyarələrin yanacaqla təmin etməyəcəklər. Bunun qarşılığında ABŞ onları İslam Respublikası ərazisində keçmiş fəaliyyətinə görə cəzalandırmayacaq.
Təhlilçilər bunu «domino səmərəsi» adlandırır və hesab edirlər ki, onların ardınca başqa şirkətlər də uyğun addım atacaq.
ABŞ dövlət katibinin müavini Ceyms Steinberqin sözlərinə görə, bu şirkətlərlə yanaşı, Rusiyanın «Lukoil», Hindistanın «Reliance», Türkiyənin «Turpras» da İranla əməkdaşlığı dayandırıb. Yaponiya hakimiyyəti isə bildirib ki, ölkənin «İnpex» neft konserni İslam Respublikasının «Azadiqan» neft yatağında işlərə son verib.
İngiltərənin «British Petroleum» və «Royal Dutch» şirkətləri «İran air»-ə məxsus təyyarələrə yanacaq verməkdən imtina ediblər. Britaniyanın «Lloyds» sığorta şirkəti isə İran nefti ilə bağlı sığorta işlərini dayandırıb.
Ağ evdə vurğulayıblar ki, Çin Xalq Respublikasına məxsus neft şirkətlərinin də İranla əməkdaşlığını dayandırmağa çalışırlar, əks halda həmin müəssisələrə ABŞ-ın sanksiya tətbiq edəcəyi istisna olunmur.
Bununla belə baş verənlərə əsasən demək olar ki, İran İslam Respublikasının iqtisadiyyatına qeyri-neft sektoruna tətbiq edilən yasaqlar daha ciddi zərbə vuracaq.
Son ayların hesablamalarına əsasən, atom-nüvə proqramı ilə bağlı yasaqlar ucbatından İran 50-60 milyard dollarlıq sərmayə itirib.
Sədrəddin Soltan

653