“Meqi” 100 min insanı evsiz qoyub
Güclü külək və leysan yağışla müşahidə olunan ‘Meqi” qasırğası Çində təbii fəlakətə yol açıb.
Lent.az-ın ‘Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, Xaynan adasında 200 kənd su altında qalıb, 100 mindən çox insan təcili evakuasiya edilib.
Bazar günü adaya 230 millimetr yağıntı düşüb. Xeynan adasının əsas çaylarında suyun səviyyəsi normal həddi keçib, 1100 su anbarından 70 faizində qəza vəziyyəti yaranıb. Hazırda meteoroloqlar əyalətdə leysan yağışların nə vaxt dayanacağını proqnozlaşdırmaqda çətinlik çəkirlər.
Ən qorxulusu isə odur ki, “Meqi” qasırğası artıq Cənubi-Çin dənizi istiqamətindən Çinin materik hissəsinə yaxınlaşır. Qasırğanın mərkəzində maksimal güc 17 baldır. Bu, bu il ərzində Çinin üzləşdiyi ən dağıdıcı qasırğadır.

595