Putinə ad günündə gözlənilməz təbrik
07 oktyabr 2010 13:35 (UTC +04:00)

Putinə ad günündə gözlənilməz təbrik

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, baş nazirin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov hökumət başçısının ad gününün necə keçiriləcəyi barədə məlumat verib.

Vladimir Putin ənənəvi olaraq, yenə də Sankt-Peterburqa gedəcək. O, günün birinci hissəsində Sankt-Peterburqdakı Həmkarlar İttifaqlarının təmsilçiləri ilə görüşəcək, əmək bazarındakı vəziyyəti müzakirə edəcək. Baş nazirin rektorlarla da görüşü nəzərdə tutulub. Görüşdə universitetlərdə elmin maliyyələşdirilməsi diqqət mərkəzində olacaq. İş gününün sonunda Vladimir Putin qohumlarının və yaxınlarının əhatəsində olacaq.

Bu arada Rusiya rəhbərliyi ilə münasibətləri pisləşən, xüsusən Rusiya prezidenti Dmitri Medvedevin ünvanına mütəmadi sərt ittihamlar səsləndirən Belarus prezidenti Aleksandr Lukaşenkonun ad günü münasibəti ilə Vladimir Putini təbrik etdiyi məlum olub. Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb. Təbrikdə xoş sözlər yer alıb: “İnanıram ki, sizin zəngin təcrübəniz və rəhbər nüfuzunuz ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına kömək edəcək”.
Qeyd edək ki, Aleksandr Lukaşenko az əvvəl ad gününü keçirən Dmitri Medvedevi təbrik etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747

Oxşar yazılar