Mənim üçün ağlama… - HƏYAT HEKAYƏTİ - FOTOLENT
Millət vəkili Qənirə Paşayeva Lent.az-a “Tarixə adını yazan Qadınlar” silsiləsini yazır
Evita – yəni Eva Peron haqqında çəkilən və baş rolda Madonnanın oynadığı filmi ilk dəfə - illər öncə seyr edərkən göz yaşlarımı tuta bilməmişdim. İllər öncə deyirəm, ancaq nə gizlədim, elə sonralar da, bu gün də o filmə həyəcansız baxa bilmirəm: yaş ötdü, həyəcan ötmədi...
Həmin filmdə Madonnanın səsləndirdiyi və Evitanın Argentina xalqına müraciətlə oxuduğuna inanılan, filmin özündən də məşhur olan “Argentina, mənə ağlama”( Dont Cry for Me Argentina) adlı mahnı isə bu gün də ən sevdiyim mahnılar arasındadır. O, çox gənc yaşlarında, təxminən 30 yaşında dünyasını dəyişsə də, yüzlərlə əsər üçün ilham qaynağı oldu. Bu, dünya tarixində çox nadir insanlara qismət olan bir xoşbəxtlikdir. O, 1976-cı ildə - ölümündən sonra “Evita” adlı müzikllə beynəlxalq populyar kültürə də daxil oldu. Hələ 1978-ci ildə, adıçəkilən müzikl əsasında film çəkilməsi gündəmə gəlib. Evita rolu üçün Patti LuPonedən Liza Minnelliyə, Mişel Pfayferdən Meril Stripə qədər çox sayda ulduzun adı keçmişdi. Ancaq bu layihə yalnız 20 ildən sonra – 1998-ci ildə həyata keçdi və Evita rolunu ifa etmək Madonnaya qismət oldu. Bu film Madonnanın ən böyük yaradıcılıq uğuru da hesab edilə bilər. Xüsusilə də filmdə oxuduğu “Argentina, mənə ağlama” mahnısı insanın yaddaşından uzun müddət silinmir. Eva Peronun həyatından bəhs edən həmin film, “Qızıl qlobus” ödülünə layiq görülmüşdü.
Kim idi dünyaya səs salan və ölümü ilə dünyada milyonlarla insanı ağladan bu qadın?
Buenos-Ayresin Los-Toldos kəndində Xuan Duarte ilə Xuana İbarqurenin nikahdankənar uşaqları olaraq doğulanda, çox güman ki, heç kim onun öncə öz ölkəsinə, sonra isə bütün dünyaya öz möhürünü vuracağını ağlına belə gətirmirdi. Ailə vəziyyəti səbəbiylə, Latın Amerikasının bu əfsanəvi şəxsiyyətinin doğum tarixində bəzi məqamlar qaranlıq qalmışdı. Doğum şəhadətnaməsində doğum tarixi 7 may 1922-ci il kimi göstərilmiş, adı isə “Mariya Eva Duarte” kim qeyd edilmişdi. Xaç suyuna salınma haqqında qeyddə isə doğum tarixi 7 may 1919-cu il kimi, adı isə “Eva Mariya İbarquren” kimi yazılmışdı. Maraqlıdır ki, gələcəkdə “Evita” kimi nəşr etdirdiyi “özkeçmiş”ində də o, anadan olduğu tarix və yer haqqında heç bir məlumat vermirdi. Bəlkə də bütün bunların heç bir önəmi yox idi, çünki nəticə etibarıyla o, tarixə bu rəqəmlərlə deyil, gördüyü işlərlə düşmüşdü...
“Cəsarət qol gücündən deyil, ruh gücündən yaranır”(P.Eldric)
Evita Latın Amerikasından çıxan ən fövqəladə qadın idi. Dünyaya gözlərini səfalət içində açmış, radio və kino ulduzu kimi məşhur olmuş, sonra isə Argentinanın ən güclü adamının həyat yoldaşı (ən güclü adamı!) olmuşdu. O öz cavan ömrünü, həyatını ölkəsinə əzab verən yoxsulluğu və ayrı-seçkiliyi aradan götürmək uğrunda mübarizəyə həsr etdi. Mübarizəsində sabitqədəm oldu, uğur qazandı. Nüfuzuyla həyat yoldaşını (ən güclü adamı) belə kölgədə qoydu və milyonları öz ardınca apardı. Ancaq sadə bir kəndli qızının bu gözlənilməz yüksəlişi, ölkənin başına bəla olan xuntaçıların (hərbi qiyamçıların) heç də xoşuna gəlmirdi. Cavan yaşda ölən bu güclü qadının cəsədinə belə rahatlıq vermədilər və onu başqa bir ölkədə basdırdılar. Fəqət basdıra bilmədikləri xatirəsi, ölkənin üzərindən heç vaxt silinib getmədi. Dinamik bir ömür sürən və cavan yaşda ölən bu əfsanənin adı Eva Peron idi. Ya da xalqın dediyi kimi – Evita…
O dövrdə Evanın doğulduğu bölgədə tez-tez rast gəlinən belə bir adət var idi: Amerika qitəsinə köçənlər, gəldikləri yerlərdə yerli qadınlarla evlənir, daha sonra bu qadınları tərk edərək qitənin iç bölgələrinə doğru irəliləyirdilər. Eva da bu nikahdankənar əlaqələrdən birinin “övlad”ı olaraq doğulmuşdu…
Eva 1 yaşında olanda Xuan Duarte onları tərk etdi. O zalım getmişdi, ancaq tərk etdiyi yerdə kasıblığı özünə ömür-gün yoldaşı etmək məcburiyyətində qalan bir qaragünlü qadınla beş uşaq qoymuşdu... Ailənin çarəsiz fərdləri bir otaqlı evdə yaşayır və özgə qapılarında xidmətçilik edirdilər. Eva da Argentinanın varlı və torpaq sahibi olan ailələri ilə xidmətçilik etdiyi günlərdə tanış olmuşdu. O, kasıblıq və varlılıq kimi qavramların adamların taleyində necə də böyük rol oynadığını başa düşmüşdü...
Atası vəfat edəndə 7 yaşlı Evaya və ailəsinə onun dəfnində iştirak etməyə icazə verməmişdilər. Bu hadisə Evaya çox pis təsir etmişdi. Sinfi ayrı-seçkilik səbəbiylə rəsmi sənədlərə görə Eva da, onun zavallı anası da əslində “yaşamırdılar”. Eva Argentinanın yuxarı və orta təbəqələrinə nifrət etməyə başlamış, elə o günlərdə kasıbları “ağ günə çıxarmaq” xülyasına düşmüşdü...
İrəli, yalnız irəli...
Anası Evanı tezliklə ərə vermək və evdə bir “boğaz”dan qurtulmaq istəyirdi. Eva isə məktəbdə keçirilən teatr tamaşalarında və konsertlərdə çıxış etməyə başlamışdı. Ən çox xoşladığı şey isə kinoya getmək və Buenos-Ayresdən gələn qatarlara baxmaq idi. Eva məktəbdə “romantik və millətçi” xarakterli bir tamaşada kiçik bir rol aldıqdan sonra, özü üçün ayrı bir yol müəyyənləşdirdi. O, ünlü bir aktrisa olmaq xəyalına düşmüşdü. Maqazin jurnallarından öyrənmişdi ki, ulduz olmaq üçün mütləq Buenos-Ayresə getməlidir.
Paytaxta getmək qərarına gələndə Evanın cəmi 15 yaşı var idi. Pulsuz və ailəsinin razılığını almadan yola çıxdı. İlk səfəri uğursuzluqla nəticələndi və o, təzədən anasının yanına qayıtmaq məcburiyyətində qaldı. Ancaq Eva, şeytanın qıçını sındırmaq niyyətində qətiyyətliydi. Bir müddətdən sonra bəxtini bir də sınamaq və bir daha geri qayıtmamaq niyyəti ilə təzədən Buenos-Ayresə getdi. Bu dəfə qızıyla birgə gedən Xuana onu bir radio stansiyasına aparmış və qalmağa yer tapmışdı. Eva radioda şou proqramlar hazırlayaraq və teatrlarda kiçik rollar oynayaraq həyatını qazanmağa çalışır, daha doğrusu, özü öz həyatını şəkilləndirməyə inad edirdi...
“Böyük iqtisadi böhran” üzündən Buenos-Ayresə xeyli sayda adam köçüb gəlmişdi və şəhər əhalisinin sayı sürətlə çoxalmışdı. “Güney Amerikanın Parisi” adı verilən şəhərin mərkəzi, eynən Avropada olduğu kimi kafelər, kinoteatrlar, teatrlar və restoranlarla doluydu. Ancaq eyni zamanda işsizlik, kasıblıq və aclıq da şəhərdə hökm sürürdü. Dəbdəbəylə səfalət, harınlıqla kasıblıq yan-yana idi...
...Eva “Komediyalar” teatrında səhnəyə qoyulan “Peres xanımgil” adlı tamaşadakı roluyla peşəkar aktrisalığa qədəm qoydu. Bir il sonra isə səyyar teatrla birgə qastrola çıxdı. O, eyni zamanda fotomodel kimi işləyir və ikinci dərəcəli melodramlarda kiçik rolları ifa edirdi.
“Kandilecas” adlı bir şirkətlə bağladığı müqaviləyə əsasən o, gündəlik radio tamaşalarında da müxtəlif rollar ifa edirdi. Bu tamaşalar o dövrdə ölkənin ən böyük radiostansiyası olan “Mundo”da səslənirdi. Eva bir ildən sonra “Belqrano” radiostansiyası ilə 5 illik müqavilə imzaladı. Bu müqavilə sayəsində Eva, o dövrdə çox populyar bir tamaşa olan “Tarixdəki böyük qadınlar” adlı tamaşada öz yerini möhkəmləndirmişdi. Eva bu tamaşada İngiltərə kraliçası I Yelizavetanı, Sara Bernarı və Rusiyanın axırıncı çariçasını canlandırırdı. ...Və bəlkə də özü də hiss etmədən oynadığı hər rol, “tarixdəki böyük qadın”ların hər biri sanki ona öz ömründən pay verir, onun ömrünə çökürdülər... Eva hər gün “tarixdəki böyük qadınlar”ın sırasına qoşulmağa yol gedirdi...
“Dünən dünəndi, bugün, bugün”
Eva – artıq əli pul-para tanımağa başlamış Eva, qazandığı pullarla “Mundo” radiostansiyasına şərik oldu. 1943-cü ildə o, artıq ayda 6 min peso qazanırdı və bütün ölkədə ən çox pul qazanan radio sənətçisi olmuşdu.
Evanın kino karyerası çox qısamüddətli oldu. Oynadığı son filmlərdən birində böyük kino ulduzu Libertad Lamarkın canlandırdığı yaşlı bir qadına qarşı düşmənçilik bəsləyən bir kəndli qızı obrazında çıxış edirdi. Lamark ilə Eva nə çəkilişdə, nə də filmdə qarşılaşırdılar. Bir gün fasilə vaxtı yemək yeyən Eva və başqa aktrisalar Lamarkı da yeməyə dəvət etdilər. Ancaq Lamark onlara belə cavab verdi: “Xeyr, təşəkkür edirəm. Mən öz sinfimə mənsub olan adamların yanına gedəcəm.” Eva bu təhqiri ömrünün axırına kimi yaddan çıxarmadı. Öz ölkəsinin birinci xanımı olanda da Lamarkı “qara siyahı”ya daxil etdi. Lamark Meksikaya qaçmaq məcburiyyətində qaldı və öz karyerasını orada davam etdirdi.
***
Evanın “Evita”ya çevrilməsinə aparan yolda baş rolu oynayacaq olan Xuan Peron, özünü tanıdığı yaşdan etibarən hərbçi idi. 1930-cu ildə baş tutan çevrilişdə kiçik bir rol oynamış, Çilidə hərbi attaşe olmuş və uzun illər Avropada yaşamışdı. Argentinaya qayıtdıqda, Avropanın gələcəkdə ya kommunizmi, ya da faşizmi seçməli olacağını fikirləşirdi. Onun bu fikri, Argentina üçün planlaşdırdığı siyasi xəttə də öz təsirini göstərəcəkdi.
15 yanvar 1944-cü ildə Argentinanın San-Xuan şəhərində güclü zəlzələ baş verdi. 6 min nəfərin həlak olduğu zəlzələ əsnasında əmək naziri olan Peron, zərərçəkənlər üçün yardım fondu qurdu və yardım toplamaq üçün sənətçilərdən də kömək istədi. Bir həftə sonra keçirilən təqdimat mərasimində, kampaniyanın bütün iştirakçıları bir yerə toplaşdı.
Eva ilə Xuan ilk dəfə burada qarşılaşdılar. Eva, gələcək həyat yoldaşı Xuanla tanış olduğu o gecəni “fövqəladə bir gecə” kimi xatırlayırdı. Peron isə Evanın zahiri görünüşündən və səsindən çox təsirləndiyini deyirdi. Bir müddətdən sonra onlar birgə yaşamağa başladılar.
Ancaq bu hal, siyasətçilərlə sənətçilərin ayrı-ayrı siniflərə mənsub olduqlarını qəbul edən Argentina ictimaiyyətində qalmaqala səbəb oldu. Peron, Evanı sadəcə olaraq öz həyatına yox, siyasətə də daxil etmişdi. Nazirlər Kabinetinin iclaslarında Eva onun yanında otururdu. Liseyi belə çətinliklə başa vuran Eva, nazirlər və yüksək rütbəli hərbçilərlə eyni masanın arxasında otururdu. Ancaq onların arasındakı bu yaxınlıq, bir hərbçi olan Xuanın rütbəsinin artırılmasına maneçilik törədirdi. Nəhayət, cütlük evlənmək məcburiyyətində qaldı.
Zərif xanım bir hərbiçiyə “ikinci mən” oldu
Eva, həyat yoldaşı və onun köməkçiləriylə siyasi mövzuda söhbət etmirdi. Ancaq eşitdiyi hər şey onun beyninə həkk olunurdu. Xuan Peron, daha sonra xatirələrini qələmə alarkən, bu barədə belə yazırdı: “Eva Duarteni bilə-bilə öz uşağım seçdim və ondan ikinci “məni” yaratdım.” Peron, “uşağım” deyərkən çox da haqsız deyildi; çünki onlar tanış olduqlarında Evanın 24, Xuanın isə 48 yaşı var idi.
Müəyyən vaxtdan sonra Eva, həyat yoldaşının təbliğat kuratoru oldu. O, bir radio proqramında Xuan Peronun müvəffəqiyyətlərini dram üslubunda xalqa çatdırırdı.
Peron isə getdikcə güclənirdi və artıq müharibə naziri vəzifəsini tutması üçün önündə heç bir maneə qalmamışdı. Peron, hökumətdəki ən güclü nazir olaraq qəbul edilirdi. Ancaq “heç bir müvəffəqiyyət cəzasız qalmır”. Bu dəfə də elə oldu. Xuan, Nazirlər Kabinetindəki düşmənləri tərəfindən işdən uzaqlaşdırıldı və həbs edildi. Xalq, xüsusən də onu bir qəhrəman olaraq qəbul edən və əksəriyyət təşkil edən yoxsullar, hökumət binasını mühasirəyə aldı.
Kütlə istədiyinə nail oldu – Xuan Peron azadlığa buraxıldı. Peron, parlament binasının balkonunda xalqı salamlayarkən, etiraz aksiyasının əsas təşkilatçısı olan Eva, həyat yoldaşının yanında məğrurluqla dayanmışdı.
Azadlığa buraxılandan sonra, Xuan Peron üçün prezidentliyə aparan yol açılmışdı. 1946-cı ildə təşkil edilən seçki kampaniyasında Eva da iştirak etdi. O, həftəlik radio proqramından istifadə edərək alovlu nitqlərlə xalqı hərəkətə gətirir, özəlliklə kasıb təbəqəyə xitab edirdi.
Eva, Argentinanın tarixində seçki kampaniyalarında həyat yoldaşıyla birgə çıxış edən ilk qadın idi.
O, kasıbların və fəhlə sinfinin sevimlisinə çevrilmişdi. O dövrdə Argentina xalqı ona Eva Peron yerinə “Evita” deməyə başlamışdı. Bu, “Balaca Eva” mənasına gəlirdi…
Səslü-küylü Avropa səfəri
Evita 1947-ci ildə Avropaya səfərə çıxdı və bir çox dövlət başçısı ilə görüşdü.
Avropadan qayıdandan sonra Evita zahiri görünüşündə dəyişiklik elədi və saçlarını rənglədi. Avropa mətbuatı tərəfindən çox tənqid edilən dəbdəbəli paltarlarını və şlyapalarını da bir tərəfə tullamışdı. Artıq onu daha ciddi göstərən paltarlar geyməyə başlamışdı. Argentinada evindən kənarda şalvar geyən ilk qadın o idi.
Onu köhnə Argentina doğurdu,
yeni Argentinanı isə o doğurdu...
Xalqın Evitaya qarşı böyük məhəbbət bəsləməsinin əsas səbəblərindən biri, şübhəsiz, onun tərəfindən qurulan “Eva Peron Fondu” idi. Fond, evsiz-eşiksizlərə sığınacaq verir və kasıb vətəndaşlara pulsuz tibbi xidmət, ərzaq, pul yardımı göstərirdi. Ölkənin kasıb bölgələrində mindən artıq məktəb tikilmişdi. Evita bu fonddan əlavə, Argentinada ilk qadın siyasi partiyası olan “Peron tərəfdarı qadınlar partiyası”nı da qurmuşdu. Ölkə üzrə 3600 (!) şöbəsi olan partiyanın üzvlərinin sayı 1952-ci ildə 500 min nəfərə çatmışdı. Evita, demək olar ki, tək başına bir dövlət olmağa başlamışdı! 1947-ci ilə qədər Argentinada qadınların seçkilərdə səsvermə haqqı belə yox idi. O, sözün əsil mənasında qadınların haqları üçün çox aktiv çalışdı və nəhayət, 1947-ci ildə məhz onun dəstəyi ilə qadınlar səsvermə haqqına sahib oldular. O, həyat yoldaşının prezidentliyi dövründə xalqa çox yaxın oldu. Həmkarlar təşkilatlarının yaranmasında önəmli rol oynadı.
1952-ci ildə keçirilən seçkilərdə Xuan Peron, adı çəkilən partiyanın da dəstəyi ilə səslərin 63 faizini topladı.
Evita qadınların da seçkidə iştirak etməsinə imkan yaratmışdı, ancaq o, feminist deyildi. Evita ölkədəki qadınlar üzərində böyük bir təsir gücünə malik idi. Onun sayəsində partiyaya üzv olan qadınlar, Argentinada siyasət səhnəsinə (bir çox hallarda Evitanın özü kimi) çıxan ilk qadınlar idi.
Əfsanə
Evita, həyat yoldaşının adının əfsanələşməsinə kömək etmişdi. Onu Hz. İsaya oxşadır və “hər Peron tərəfdarının lazım gələrsə Peron üçün ölməyə hazır olmalı olduğunu” deyirdi. Evanın fikrincə, Peronu tənqid eləmək vətənpərvərliyə zidd idi və Argentinaya əsl mənada sadiq olan vətəndaşlar, Perona qeydsiz-şərtsiz sadiq olanlar idi.
Mübaliğəyə varan bu davranışı Evitanın özünü də əfsanələşdirirdi. Onun adı və şəkilləri ölkənin hər yerini bəzəyirdi. Dövlət başçısının həyat yoldaşı olmasına baxmayaraq, pulların üstündə onun şəkli var idi. Hətta tədavüldə “Evita” adlı pul da var idi. Onun adını daşıyan bir şəhər − “Evita şəhəri” belə salınmışdı. Ancaq bu nüfuzuna və siyasi gücünə baxmayaraq, Evita həyat yoldaşının simvolik rolunun önünə keçmirdi. Elə bir təsəvvür yaradırdı ki, guya onun bütün fəaliyyətinin arxasında Xuan Peron var və ya Xuan Peron bu fəaliyyəti dəstəkləyir. Qısaca, Eva çox ağıllı bir qadın idi…
Xalqla dövlət arasında ən etibarlı bağ...
1951-ci ildə Evitanın vitse-prezidentlik postuna namizəd olması ehtimalından danışılırdı. Ancaq onun getdikcə çoxalan siyasi gücü ordunu qəzəbləndirirdi. «Hər şeyin bir həddi olmalıydı!» Konstitusiyaya əsasən, prezident vəfat edəndə onun yerinə vitse-prezident keçirdi. Ordu, Evitanın vitse-prezident olmasını qəbul edə bilməzdi, çünki o aşağı təbəqədən gəlmişdi! Ancaq Evita fəhlə sinfindən, həmkarlar ittifaqlarından və partiyasından böyük dəstək görürdü. Onun gördüyü dəstək, həyat yoldaşı Peronu belə təəccübləndirmişdi.
22 avqust 1951-ci ildə fəhlə həmkarlar ittifaqları 2 milyondan artıq adamın iştirakı ilə “Kabildo Abierto” adı verilən bir nümayiş keçirdi. “Kabildo Abierto” Argentinada 1810-cu ildə baş tutan May inqilabından sonra qurulan ilk yerli hökumətin adı idi.
Peron cütlüyü, meydana toplaşan xalqa müraciət etdi. Argentina tarixində ilk dəfə bu qədər çox sayda adam, bir qadın siyasətçiyə dəstək vermək məqsədilə bir yerə toplanmışdı. Xalq, Evitanın vitse-prezidentlik postuna namizəd göstərilməsini tələb edirdi.
Eva, bir neçə gündən sonra öz qərarını bildirdi: o namizəd olmaq fikrində deyildi.
Xalqın tələbini qulaq ardına vurmuş və yeganə arzusunun, tarixin onun həyat yoldaşına həsr edəcəyi səhifədə “xalqın tələblərin və ümidlərini prezidentə ötürən qadın” kimi yadda qalmaq olduğunu demişdi.
Bu arada səhhəti də korlanmışdı – Eva uşaqlıq xərcənginə tutulmuşdu…
***
Argentinada qadınların da səsvermədə iştirak etdikləri ilk seçkilər 1952-ci ildə keçirildi. Bu inkişafın səbəbkarı olan Evitanın vəziyyəti isə getdikcə pisləşirdi. Xəz paltosunun altında, ayaq üstündə dayanmağa kömək edən, məftillərdən və gipsdən hazırlanmış bir qurğu var idi.
Seçkilərdə qalibiyyətin qətiləşməsindən sonra keçirilən rəsmi bayramda Evitaya “Millətin ruhani lideri” adı veriləcəkdi. Bu sahədə işlər yaxşı gedirdi, ancaq nə yazıqlar ki, cavan qadının səhhəti barəsində eyni şeyi demək mümkün deyildi.
Uşaqlığı əməliyyatla kəsilib çıxarılsa da, xərçəng Evitanın bütün bədəninə sürətlə yayılırdı. Bu dövrdə o, kimyəvi terapiya tətbiq edilən ilk argentinalı oldu.
...həyat dayandı
Ölüm onu tezliklə öz pəncəsinə keçirəcəkdi. Hüceyrələri xəstəliyə tamamilə təslim olan Eva 26 iyul 1952-ci ildə, saat 20:27-də, 33 yaşında vəfat etdi. (Öldüyü vaxt cəmi 36 kilo çəkisi qalmışdı.) Xəbər bir anda hər tərəfə yayıldı və bütün ölkə matəmə qərq oldu. Ölüm döşəyində olarkən xalqına, “Mənim üçün ağlama, Argentina!” deyə səslənmişdi Argentinanın Evitası… Amma Argentina onun üçün çox göz yaşı tökdü! O, Argentinalılar üçün müqəddəs bir insana çevrilmişdi. Onun ölümü ilə ölkədə həyat dayandı, kinoteatrlar, restoranlar, kafelər bağlandı. Evita üçün rəsmi mərasim təşkil edildi və yadda saxlamaq asan olsun deyə, ölüm saatı rəsmi qeydlərdə 20:25 kimi göstərildi.
Hökumət hər gün 5 dəqiqəlik “yas vaxtı” elan etdi. Fəhlə dərnəkləri Roma papasına məktub yazaraq Evitanın “müqəddəslər” siyahısına salınmasını tələb etdilər...
Ölkədə demək olar ki, bir Evita isteriyası yaşanırdı. Xalq Səhiyyəsi naziri, nazirlikdə Evitanın boyuna uyğun ölçüdə bir şam qoyulmasını və hər ayın 26-da şamın bir saat müddətlə yandırılmasını əmr etdi. Məktəblərdə Evitanı vəsf edən şeir və inşa yazan şagirdlər ödülləndirildi. (Digər tərəfdən, bu arada, xəstəlik Evitaya yaraşdırılmadığı üçün, “Əslində o xəstə deyildi, öpdüyü adamlardan ona xəstəlik yoluxdu” şəklində söz-söhbət də yayılmağa başladı.)
Ordu onun cəsədinə də rahatlıq vermədi
Evitanın ölümündən qısa müddət keçəndən sonra, onun xatirəsini əbədiləşdirmək üçün Azadlıq heykəlindən daha böyük bir heykəlinin hazırlanması qərara alındı. Heykəlin altında isə, Lenin mavzoleyində olduğu kimi, Evitanın nəşi saxlanılacaqdı. Ancaq heykəl hazır olmamış – 1955-ci ildə ordu hərbi çevriliş edərək hakimiyyəti ələ keçirdi. Xuan Peron xaricə qaçmaq məcburiyyətində qaldı və Evitanın nəşinin saxlanılması tədbirləri başsız qaldı. Artıq Eva Peronun nəşinin aqibətini, onu sağlığında qətiyyən xoşlamayan hərbçilər müəyyənləşdirəcəkdilər.
Hərbi üsul-idarə, Evitanın cəsədini çıxararaq, uzun illər hamıya naməlum qalacaq şəkildə gizlətdi.
1995-ci ildə nəşr edilən “Əziz Evita” adlı kitabda yazıldığına görə, xuntaçılar onun cəsədini təhqir etmişdi.
Bu dünyası da keşməkeşli, o dünyası da...
1955-ci ildən 1971-ci ilə qədər Argentinada “peronizm” qadağan edildi. Eva Peronun şəklini saxlamaq bir tərəfə qalsın, onun adını çəkmək belə qadağan edilmişdi. Hərbçilər tam 16 ildən sonra Eva Peronun nəşinin harada gizlədildiyini dedilər: Argentina xalqının milli qəhrəmanı, İtaliyanın Milan şəhərində “Mariya Maqqi” adı altında dəfn edilmişdi!
Evitanın cənazəsi İspaniyaya köçürüldü və Xuan Peronun oradakı evində mühafizə altına alındı. 1973-cü ildə sürgündən Argentinaya qayıdan Xuan Peron, üçüncü dəfə prezident seçilsə də, bir ildən sonra vəfat etdi. Evita öləndən sonra Xuan Peronun evləndiyi İzabel Peron, eyni zamanda vitse-prezident idi və ərindən sonra Argentinanın ilk qadın prezidenti oldu. İzabel, Evitanın cənazəsini Argentinaya köçürtdü və Peron cütlüyünün nəşləri birgə dəfn edildi.
Evitanın qəbri nüvə hücumundan belə salamat qurtulacaq dərəcədə möhkəm inşa edildi! Bəziləri isə belə fikirləşirdilər ki, cənazə bir daha yoxa çıxarsa, Evita əfsanəsi yenidən meydana çıxa bilərdi və görünür, məhz bunun qarşısını almaq üçün qəbri belə möhkəm tikmişdilər...
Eva Peronun həyatı çoxlu sayda əsərlərin mövzusu oldu və onlar bu gün də insanlar tərəfindən çox maraqla oxunur. Onun xatirəsinə heykəllər, abidələr ucaldılıb, muzeylər açılıb. Bu gün də Eva Peron muzeyi turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.
Özü dəyər olan qadın
...Eva Peron, şübhə yox ki, öz ağlına belə gəlməyəcək qədər yüksək bir mövqeyə çatmışdı. Kasıblar və fəhlə sinfi üzərindəki nüfuzu və kult halına çevrilmiş şəxsiyyəti ilə o, sosializm, faşizm və millətçiliyin qarışığından ibarət olan “peronizm” cərəyanının Argentinada yerləşməsində baş rolu ifa etmiş, eyni zamanda bu cərəyanın və öz həyat yoldaşının təbliğat maşını kimi işləmişdi. O, xoş niyyətli bir şəxsiyyət idi. Öz ölkəsində sinfi ayrı-seçkiliyə həqiqətən də son qoymaq və xalqın həyat səviyyəsini qaldırmaq istəyirdi. Bu istəklərində müvəffəq olmuşdu. Hal-hazırda müvəffəqiyyətsizliyə düçar olduğuna heç bir şübhə qalmayan və diktatorluğun dayağı kimi qəbul edilən peronizm cərəyanı tarixin zibil qutusuna atılsa da, Evita günəşi Latın Amerikasının səmasında hələ də parlamaqdadır.
Eva bu gün də təkcə Argentinada deyil, həm də bütün Latın Amerikası ölkələrində canlı əfsanə olaraq yaşamaqda davam edir. O, Argentina xalqının qəlbində əbədiyyətə qədər yaşayacaq bir azadlıq simvolu kimi qalmaqda davam edəcək...

1550