Ağdaşda avtomobil piyadanı vuraraq, öldürüb.
Lent.az xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil 87 yaşlı Qırımxan Xaspoladovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.