Şəkidə kişi meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə Kiçik Dəhnə kəndində qeydə alınıb.
Kənd sakini 60 yaşlı Laçın Rəsul oğlu Adamovun meyiti yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda (anbar) aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.