Erməni namizədlər Türkiyənin bələdiyyə məclislərinə seçildilər
29 martda keçirilmiş bələdiyyə seçkilərində iştirak edən erməni namizədlərin çoxu şəhər və qəsəbə məclislərinə seçilə bildilər, Vesti.az-ın Türkiyə müxbirinin məlumatına görə, müşahidəçilər ilk dəfədir ki, bu qədər erməninin seçilməsini indiki iqtidarın Ermənistanla isti münasibət qurması və türk-erməni sərhədlərinin açılması planları ilə izah edirlər. Əgər ermənilər indiyə qədər əsasən sol təmayüllü partiyalarda aktiv idilərsə, bu seçkilərdə namizədliklərini sağ partiyalardan da irəli sürməyə başladılar.
Vazgen Barın İstanbulun Şişli, Raffi Hermon Araks Adalar, Ohanes Qarabetyan, Yervant Özuzun və Bedros Avedikyan Bakırköy, Verkin Arıoba isə Bəyoğlu bələdiyyə məclislərinə seçildilər.
Siyasi analitiklər ermənilərin bu gedişlə yaxında parlamentə də seçiləcəklərinin və öz millət vəkilini çıxaracaqlarının mümkün olduğunu təxmin edirlər. Sui-qəsddə öldürülmüş erməni jurnalisti Hrant Dinkin arvadı Rakel Dinkin qarşıdakı ilk parlament seçkilərində millət vəkilliyinə namizəd olacağı haqda məlumat dəfələrlə türk mediasında yer almışdı.

Oxşar yazılar

Yük avtomobili aşdı: 250 milyon arı təbiətə səpələndi
2 iyun 2025 , 03:39
Haqqında tamamilə heç nə eşitmədiyiniz 4 unikal ölkə
1 iyun 2025 , 15:57
Ukrayna Rusiya hərbi aerodromlarına PUA hücumu həyata keçirib, 40 hərbi təyyarə məhv edildi -VİDEO
1 iyun 2025 , 15:44
Rusiyada körpü aşdı: 7 ölü, 30-dan çox yaralı var - YENİLƏNİB
1 iyun 2025 , 04:02
Avtobus körpüdən aşdı: 20 nəfər öldü
1 iyun 2025 , 03:05
"Dünya gözəli" seçildi
31 may 2025 , 23:25
Məhəmməd Sinvar öldürüldü
31 may 2025 , 22:12