İsraildə ordudan yayınan qadınları güdürlər
Onları liftdə, barda... öpüşərkən yaxalayıb, əsgərliyə aparırlar
İsraildə dini inancını əsas gətirərək orduda müddətli hərbi xidmətdən yayınan qadınların sayı artır. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hərbi xidmətdən qaçan qadınların sayının ciddi şəkildə artması ordu rəhbərliyini təşvişə salıb. Aparılan araşdırmalar isə onlarla qadının dini inanc adı altında saxtakarlıq etdiyini ortaya çıxarıb.
Artıq dini inanclarına görə hərbi xidmətdən imtina edən qadınların sayı 40%-ə çatıb. Bundan əndişələnən SAXAL rəhbərliyi məsələni araşdırmağa detektivləri cəlb etməyə məcbur olub. Araşdırma və izləmələr nəticəsində dini səbəblərlə əsgərlikdən azad olan 520 qadının əslində inanclarına uyğun yaşamadıqları müəyyən olunub. Həmin qadınlar həbs edilərək, yenidən hərbi xidmətə göndərilib. Detektivlər dindar olduğu səbəbiylə əsgərlikdən azad edilmiş bir qadını kişi yoldaşıyla öpüşərkən yaxalayıb. Bu qadın həmçinin elektronik əşyaların istifadəsinin qadağan olduğu və yəhudilər üçün müqəddəs sayılan Şabat günündə liftə minib.
İsrail ordusunun səfərbərlik mərkəzinin nümayəndəsi polkovnik-leytenant Gil Man Şaul bildirib ki, “saxta dindar” qadınları aşkarlamaq üçün ən çoxu 1 həftə vaxt lazımdır. Bu qadınları nəzarətə götürən mülki geyimdəki hərbçilər dindarları çox zaman gecə barlarında yaxalayırlar.
Qeyd edək ki, hazırda İsrail dünyada qadınların həqiqi hərbi xidmətə məcburi çağırıldığı yeganə ölkədir. İsraildə kişilər 3 il, qadınlar isə 2 il müddətində məcburi xidmət keçirlər.
Rəşad Süleymanov

Oxşar yazılar

Yük avtomobili aşdı: 250 milyon arı təbiətə səpələndi
2 iyun 2025 , 03:39
Haqqında tamamilə heç nə eşitmədiyiniz 4 unikal ölkə
1 iyun 2025 , 15:57
Ukrayna Rusiya hərbi aerodromlarına PUA hücumu həyata keçirib, 40 hərbi təyyarə məhv edildi -VİDEO
1 iyun 2025 , 15:44
Rusiyada körpü aşdı: 7 ölü, 30-dan çox yaralı var - YENİLƏNİB
1 iyun 2025 , 04:02
Avtobus körpüdən aşdı: 20 nəfər öldü
1 iyun 2025 , 03:05
"Dünya gözəli" seçildi
31 may 2025 , 23:25
Məhəmməd Sinvar öldürüldü
31 may 2025 , 22:12