Hillari Klintonla görüşdə Azərbaycanlı gənclər də iştirak edib
Martın 6-da Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Rodham Klinton Brüsseldə gənc Avropalılarla müzakirə aparmaq üçün Avropa Parlamentinə gedib. Azərbaycanlı Tələbələrinin Avropa Forumunun (ATAF) Brüsseldəki ofisindən Lent.az-a verilən məlumata görə, görüşdə azərbaycanlı gənclər də iştirak edib. Belə ki, ATAF-ın Brüssel ofisinin əməkdaşları Aida Əliyevə və Orxan Əliyev görüşə qatılanlar sırasında olub.
Prezident Pötterinq giriş nitqində Avropanın mübarizə apardığı yeni çağırışlar istiqamətində gənc avropalıların üzərinə düşən yük barədə danışdıqdan sonra, sözü ABŞ dövlət katibinə verib. Xanım Klinton dövlət katibi qismində Brüsselə ilk gəlişi oolduğunu xatırladıb. “Bizim formalaşdırmağa cəhd etdiyimiz gələcək özündə bəlli çağırışlar əks etdirir, və biz mütləq həmin çağırışları qarşılamalıyıq. Bbəziləri Avropaya möcüzə kimi baxır, Avropanın qeyri-real konsepsiyası reallığa çevirildi” - deyə, o bildirib. Xanım Klinton ABŞ-ın Atlantikanın digər tərəfində yerləşdiyinə baxmayaraq, müxtəlif cəmiyyətləri birləşdirmə təcrübəsini auditoriya ilə bölüşüb.
Xüsusi maraq doğuran məqam Rusiya-ABŞ əlaqələri, keçən il avqustda yer alan Rusiya-Gürcüstan və Rusiyadan irəli gələn enerji böhranları haqda olub. H.Klinton NATO qərargahında qeyd etdiyi kimi, NATO-Rusiya Şurasının daha işlək hala gətirilməsinə ehtiyac duyulduğunu bildirib və bu məsələnin ertəsi gün Cenevrədə Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovla görüşdə əsas məsələlərdən biri olacağını bəyan edib.
Pərvin ABBASOV

Oxşar yazılar

Yük avtomobili aşdı: 250 milyon arı təbiətə səpələndi
2 iyun 2025 , 03:39
Haqqında tamamilə heç nə eşitmədiyiniz 4 unikal ölkə
1 iyun 2025 , 15:57
Ukrayna Rusiya hərbi aerodromlarına PUA hücumu həyata keçirib, 40 hərbi təyyarə məhv edildi -VİDEO
1 iyun 2025 , 15:44
Rusiyada körpü aşdı: 7 ölü, 30-dan çox yaralı var - YENİLƏNİB
1 iyun 2025 , 04:02
Avtobus körpüdən aşdı: 20 nəfər öldü
1 iyun 2025 , 03:05
"Dünya gözəli" seçildi
31 may 2025 , 23:25
Məhəmməd Sinvar öldürüldü
31 may 2025 , 22:12