Əhmədinijat: “ABŞ və İsrail iki ərəb dövlətini vuracaq”
Ərəb dövlətlərini də öz sırasına qoşmaq üçün Tehran hakimiyyəti ABŞ və İsrailin onları da hədəfə aldığını bəyan edib.
Lent.az-ın “mignews”-a istinadən məlumatına görə, İran prezidenti Mahmud Əhmədinijat Milli Gənclər Festivalının təntənəli bağlanışında “bütün dünyaya, özəlliklə Yaxın Şərqə qarşı yeni imperialist anlaşması”dan danışıb.
İranın hökumət başçısı bildirib: “Bizimlə dostluq edən iki ərəb dövlətinə qarşı İranın düşmənləri hücum etməyi planlaşdırır. Onlar sionist rejimdən bütün dəstəyi alacaq. Bununla da bölgəmizdə düşmənçilik, kin-küdurət, qorxu mühiti yaratmaq niyyətindədir”.
Prezident bəyan edib ki, İran hakimiyyəti “indiyədək yüzlərlə belə anlaşmanı pozub və yenilərindən də qorxmur”.
Bölgədəki ərəb dövlətlərindən İranla arası yaxşı olan dövlətlərdən biri Suriyadır. Livan isə onun yardımı ilə mövcud olan “Hizzbulla”ya görə İslam Respublikasına “dost” sayıla bilər. Bu baxımdan, ehtimal etmək olar ki, İran prezidenti “iki dövlət” dedikdə Suriya və Livanı nəzərdə tutur.
Sədrəddin Soltan

Oxşar yazılar

Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54
Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər öldü
9 iyun 2025 , 12:39
Türkiyədə əfsanəvi dövlətə məxsus türbə tapıldı - Yeganə nümunədir
9 iyun 2025 , 12:18