Harınlamış bəsic və qvardiya komandanı hələ də dəstəklənir
21 iyul 2010 10:15 (UTC +04:00)

Harınlamış bəsic və qvardiya komandanı hələ də dəstəklənir

İyulun əvvəlində Təbrizin «Vəli-əsr» məhəlləsində 26 yaşlı, Elnaz Babazadə adlı gənc qız başını «islam qaydalarına» uyğun örtmədiyinə görə, hakimiyyətin məmurları tərəfindən öldürülüb. Bu xəbəri türkcə, farsca informasiya vasitələri, habelə hüquq müdafiəçiləri yaydı.
İranın polis və ədliyyə orqanları məsələ barədə əvvəlcə şərh verməsələr də xəbərin sürətlə yayılması onları da inadından döndərib.

İnsan Haqlarını Müdafəi təşkilatının «HERANA» adlı saytının məlumatına əsasən, İnqilab Keşikiçiləri Qvardiyasının əsas kadr bazası, «bəsic» adlanan yarımhərbi dəstənin üzvləri Təbrizin «Vəli-əsr» məhəlləsində Elnaz Babazadənin sürdüyü maşını saxladaraq, onun «baş örtüyünün islam qaydalarına uyğun örtülmədiyini» bildirir, onlarla polis bölməsinə getməsini tələb edirlər. Elnaz Babazadə onların bu tələbinə tabe olmaqdan imtina edir.

Bundan sonra hakimiyyətin 3 məmuru Elnazın üstünə odlu silah çəkir, idarə etdiyi şəxsi minik maşınına soxulub, xəlvət yerə aparırlar. Bu üç məmur gənc qızı zorlayaraq, tapança ilə başından vurub, qətlə yetirirlər. Elnaz Babazadənin cəsədini isə Təbrizin «İmamiyyə» qəbristanlağına atırlar.

Mənbənin məlumatına görə, Elnaz Babazadəyə təcavüz edib, qətlə yetirənlərdən biri qvardiya komandirlərindən birinin oğludur. Qatil hərəkətələrinə bəraət qazandıraraq, deyib ki, «Allahın əmrini» yerinə yetirib, «hicabsızlığa» qarşı mübarizə aparıblar.

Lent.az-ın «GünAzTv»-yə istinadən məlumatında bildirilib ki, Tehranda çıxan «Pars dayle» qəzeti məsələ barəsində bunları yazıb : «Onların hər üçü Elnaz Babazadəni döyüb, ona təcavüz edəndən sonra isə onu öldürüb, cəsədini Təbrizin «İmamiyyə» qəbiristanlığının yaxınlığına atıblar. HARANA yazır ki, Elnaz xanımın vəkili apardığı araşdırmalara əsasən mərhumun yas mərasimində deyib ki, onu öldürənlərdən biri İran komandanlarından birinin oğludur».

Tehranda çıxan «Keyhan» qəzeti isə hakimiyyəti müdafiə edərək, yazıb ki, hadisədə bəsic və hərbçi oğlunun rolu olması barədə yayılmış xəbərlər «yalandır»: «Bu gənc qız silahlı bir oğru tərəfindən qətlə yetirlib».

Təbrizdə çıxan «Əxbəri - Təbriz» saytı da baş vermiş zorlama və qətl olayında bəsicin və İran hərbçisinin adının hallanmasını yalanlayaraq, «Keyhan»-ın xəbərini yaysa da, başqa bir xəbərində isə faciə ilə əlaqədar Təbrizdə 27 yaşlı, Həsən adlı bir polisin tutulduğu haqda məlumat dərc edib. «Əxbəri - Təbriz» əlavə edib ki, Təbrizin ədliyyə idarəsinin hakimi Xəlilullahi bu «cinayəti oğruluq hadisəsi ilə əlaqələndirərək, qatilin təbrizli olmadığını» söyləyib.
«HARANA» bildirib ki, məhkəmə tibbi-ekspertizası Elnaz Babazədənin döyüldüyü, zorlandığı və güllələndiyi faktını təsdiqləyib. Mənbənin məlumatına görə, hakimiyyət adamlarının törətdiyi öz başınlığı Güney Azərbaycanda, eləcə də İranın başqa bölgələrində güclü hiddətlə qarşılanıb.
Xatırladaq ki, inqilabın ilk illərində hakimiyyətə qarşı çıxan bakirə qızlara həbsxanada zolra siğələr kəsir, «o dünyaya bakirə getmək günahdır»-deyib, zorlayırmışlar. Görünür, hakimiyyətə məxsus bəsic kimi qüvvələr, onların komandanları o dərəcədə arxayındır ki, özlərini 30 il öncə kimi aparmaqdan çəkinmir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar

Zelenski kral Çarlsla görüşdü

Zelenski kral Çarlsla görüşdü

2 mart 2025 , 22:29
Tramp Zelenski üçün  hazırlanan naharı   yeyib - Menyuda nə olduğu AÇIQLANDI

Tramp Zelenski üçün hazırlanan naharı yeyib - Menyuda nə olduğu AÇIQLANDI

2 mart 2025 , 21:50
Tanınmış türkiyəli müğənni vəfat etdi

Tanınmış türkiyəli müğənni vəfat etdi

2 mart 2025 , 21:31
Rusiyada ATIŞMA:  yaralılar var

Rusiyada ATIŞMA: yaralılar var

2 mart 2025 , 21:16
Gideon Saar, İsrail xarici işlər naziri

İsrail Suriyanın yeni hakimiyyətini hədələdi

2 mart 2025 , 18:25
Donald Tramp, ABŞ Prezidenti

Tramdan 3 ölkəyə qarşı növbəti tapşırıq

2 mart 2025 , 17:45
Bu aparat Aya endi

Bu aparat Aya endi

2 mart 2025 , 16:11
Abdolnaser Hemmati, İran iqtisadiyyat və maliyyə naziri

Pezeşkianın nazirini qovdular

2 mart 2025 , 15:48