Türkiyə yadplanetlilərlə bağlı şok olay...
Başqa planetlilərdən gələnlər 120 türkü qaçırıb, 6 nəfərin bədəninə mikroçip yerləşdiriblər
Türkiyə Uçan Naməlum Obyektlər və Kosmik Araşdırmalar Mərkəzinin rəhbəri Haktan Akdoğan şok açıqlama verib. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Haktan Akdoğan deyib ki, Türkiyə Hərbi Hava Qüvvələri və Milli Kəşfiyyat Təşkilatında Uçan Naməlum Obyektlər (UNO) bölməsi var.
O, UNO-larla qarşılaşan və hazırda istefada olan 20 pilotla daimi təmasda olduqlarını söyləyib: “Hətta UNO-lar hərbi bazaların yaxınlığında türk qırıcı təyyarələrinin önündə dəfələrlə manevr də ediblər. UNO-larla bağlı dəfələrlə mətbuata qapalı toplantılarda generallara və yüksək rütbəli hərbçilərə məruzə oxumuşam. Hökumətlər və böyük şirkətlər bu məlumatları mövcud sistemin dəyişməsindən qorxduqları üçün məxfi saxlayırlar. Dünya ölkələrinin hökumətləri kosmosda tək olmadığımızı açıqlamalıdırlar”.
Haktan Akdoğan qeyd edib ki, UNO-larla bağlı son olaylar insanlarının huşunun başından alınması ilə bağlıdır: “İşıq sürətini aşaraq Yer kürəsinə gələn UNO-lardakı yad planetlilər təkcə səmada gəzməklə kifayətlənmir. Bir çox insan yuxuda olan zaman işıq “üzməsi” ilə bu hava gəmilərinə aparılır və üzərilərində genetik araşdırma aparılır. İnsanlardan saç, dırnaq, qan, əzələ kimi nümunələr götürülür və təcrübə aparılır. Türkiyədə yad planetlilər tərəfindən üzərində genetik təcrübə aparılmış 120 nəfər yaşayır. Onların 6-nın bədənində mikroçip yerləşdirilib. ABŞ-dan gələcək professor Roger Leirle oktyabr ayında Türkiyədəki özəl bir xəstəxanada bu 6 nəfərin bədənindəki mikroçipləri çıxaracaq, laboratoriyada araşdıracağıq. Cəmiyyətdə təcridlə üzləşməmələri üçün bu insanların adları açıqlanmır”.
Qeyd edək ki, bu günlərdə Avropa Parlamentinin deputatı Mario Borghezio Avropa Birliyinə üzv ölkələrin hökumətlərini məxfi UNO hesabatlarını açıqlamağa çağırıb.

Oxşar yazılar

Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15