İran rəsmisi: “Sanksiyaların İrana heç bir təsiri olmayacaq”
10 iyun 2010 16:00 (UTC +04:00)

İran rəsmisi: “Sanksiyaların İrana heç bir təsiri olmayacaq”

“BMT Təhlükəsizlik Şurasının və ABŞ-ın İran əleyhinə sanksiyalar tətbiq etməsi məsələsi tamamilə məntiqsiz, qeyri qanuni və əsassızdır”. Bu açıqlamanı APA-ya İran xarici işlər nazirinin müavini Ramin Mehmanpərəst verib.

O bildirib ki, onlar bu sanksiya vasitəsilə hazırkı durumu daha da çətinləşdirmək istəyirlər: “Güman edirəm ki, bu qərar vəziyyətin daha da mürəkkəbləşməsinə xidmət edərək prosesə mənfi təsir göstərəcək. Mövcud şəraitdə bu qətnamənin qəbulu lazımsız idi. Hər halda bu sanksiyaların İrana və iranlılara heç bir təsiri olmayacaq. İran öz işini dayandırmayacaq və davam etdirəcək. İran həmişə öz haqqını müdafiə edəcək və bunu hamı bilir”.
Ramin Mehmanpərəst bildirib ki, ölkəsi dinc məqsədli nüvə proqramını inkişaf etdirməkdə israrlıdır: “Bu, bizim xalqın qanuni haqqıdır. Biz nüvə məsələsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə həmişə əməkdaşlıq etmişik və hazırda da münasibətlərimiz yaxşı səviyyədədir. Biz fəaliyyətimizdə hər şey şəffafdır”.

İran xarici işlər nazirinin müavini qeyd edib ki, başda Amerika olmaqla bəzi Qərb dövlətləri müstəqil ölkələrinin öz qanuni hüquqlarına çatmalarını istəmirlər: “Onlar gələcəkdə dövlətlərin inkişafına səbəb olan sülhməqsədli nüvə enerjisini öz əllərində saxlamaq istəyirlər. Bununla da digər ölkələri hüquqlarından məhrum edərək onları özlərindən asılı vəziyyətdə saxlamaq istəyirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar