İranda “erməni soyqırımı” anılıb
Tehran hakimiyyəti rəsmi Ankara ilə bölgədə birgə fəaliyyət göstərsə və Türkiyə-İran birliyini pozacaq qüvvənin olmadığını bəyan etsə də ermənilərə münasibətdə əksi görünməkdədir.
Lent.az-ın “hayinfo”-ya istinadən məlumatına əsasən, İran XİN-in mətbuat xidməti bildirib ki, İslam Respublikasında “Osmanlı imperiyası zamanında soyqırıma (!? - S. S.) məruz qalmış ermənilərin yad edilməsi ilə bağlı mərasim keçirilib”.
Tehranda “Davityan” tədris mərkəzində “Cəzasız qalmış cinayət” adı altında keçirilən tədbirdə iranlılar da iştirak edib.
Mərasimdə iranlı politoloq Məhəmmədrza Dəbiri, İran vətəndaşı, erməni Talinə Bəndəri, Ermənistanın Tehrandakı səfiri Qriqori Arakelyan çıxış edərək, “erməni soyqırımı”nı tanıyan dövlətlərə və parlamentlərə təşəkkür ediblər.
Erməni səfir İran hakimiyyətinə minnətdarlıq edərək, bildirib ki, bu hadisə ilə bağlı mərasimlərin lazımı səviyyədə keçirilməsinə Tehran həmişə öz köməkliyini göstərib. Diplomat İsfahanda erməni kilsəsinin başçıları ilə görüşüb. O, oradakı Hay-data komissiyasının ofisində qrup rəhbərləri və fəalları ilə ermənilərin problemlərini müzakirə edib. Səfir İsfahandakı “Ararat” Birliyində əsas məruzəçi kimi çıxış edib.
Bundan başqa, Ermənistan Respublikasının yaranması günü münasibəti ilə Tehran, İsfahan və başqa şəhərlərdə tədbirlər gerçəkləşdirilib.
Sədrəddin Soltan

613