Fransa məhkəməsi ABŞ-a qarşı çıxdı
Fransa məhkəməsi bu gün keçirdiyi iclasında iranlı mühəndis Məcid Kakavəndi ABŞ-a təhvil verməkdən imtina edib. Lent.az-ın “Reuters”-ə istinadən məlumatında bildirilib ki, o, Amerika tərəfindən elektron avadanlığının qanunsuz istifadəsində, İslam Respublikasına qarşı tətbiq olunun embarqonu pozmaqda ittiham olunur.
Amerikanın hüquq-mühafizə orqanlarının iddiasına görə, Kakavənd ABŞ istehsalı olan yüksək səviyyəli 1,2 milyon dollarlıq elektron texnologiyasını İnternet vasitəsi ilə əldə edərək, Malayziyadan İrana aparıb.
Fransa hüquq mühafizəçilərinin araşdırmasına əsasən, iranlının əməlində qanun pozuntusu aşkarlanmayıb. 5 ay Fransa həbsxanasında saxlanılmış Məcid Kakavənd məhkəmədən sərbəst buraxılıb.
Xatırladaq ki, bu cinayət işi ilə bağlı proses 14 ay sürüb. İstintaq zamanı hakimlər iranlı mühəndisin ABŞ-ın deyil, Fransa qanunlarını pozmasını da araşdırıblar.
Fransanın baş prokuroru rəsmi Vaşinqtonun tələblərinə qarşı çıxaraq, Kakavəndin əməlinin hərbi xarakterli olmadığını bildirib.
Sədrəddin Soltan

Oxşar yazılar

Ermənistanda ATIŞMA: yaralılar var
9 iyun 2025 , 03:02
Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23