Almaniyanı şoka salan görüntü
“Taliban”ın alman mücahidləri Angela Merkeli hədələyiblər
Almaniyada radikal islamçıların təsirinə düşərək dinini dəyişən və Əfqanıstanda “Taliban” sıralarında döyüşən alman gənclərinin görüntüsü şok effekti yaradıb.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, özlərini “Deutsche Taliban Mujahedeen” (Alman Taliban Mücahidləri) adlandıran 20-30 yaşlı 5 alman gənc bir düşərgədə təlim keçir.
Alman silahlılar “Taliban”ın artıq adlı-sanlıları sırasına da keçməkdədirlər. Almaniya kəşfiyyatı onların arasında ən təhlükəlisinin 21 yaşlı Eric Breininger olduğunu bildirir. Eric Breininger “Taliban” döyüşçüləri ilə birgə Türkiyəyə yönəlik bir intihar əməliyyatının planlaşdırılmasında da iştirak edib. Alman kəşfiyyatı hazırda Pakistan-Əfqanıstan sərhədində onlarla almanın “Taliban” sıralarına keçmək üçün gözlədiklərini bildirib.
Bu görüntülər “Taliban”ın mətbu orqanı olan “Elif Medya” internet saytında yer alıb. Almanca danışan silahlılar Almaniyanın baş naziri Angela Merkeli müsəlmanlara qarşı xaç yürüşü aparmaqda günahlandırırlar.

Oxşar yazılar

Tramp-Mask qarşıdurması buna görə səngiyibmiş
8 iyun 2025 , 19:46
Bir gündə daha 108 nəfər öldü
8 iyun 2025 , 16:24
“Hörümçək toru” əməliyyatı ilə bağlı yeni məlumatlar: Rusiya əslində neçə təyyarə itirib?
8 iyun 2025 , 14:36
Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur
8 iyun 2025 , 13:34
Bu ölkədə müdafiə naziri dəyişdi
8 iyun 2025 , 13:13
Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB
8 iyun 2025 , 11:23
Qorxunc iddia: Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır
8 iyun 2025 , 08:47