Dünyanın ən böyük haker mərkəzi Kiyevdə tapıldı
Ukraynanın paytaxtı Kiyev şəhərində dünyanın ən böyük haker şəbəkələrindən biri zərərsizləşdirilib. Lent.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, minlərlə internet piratını bir-birinə bağlayan şəbəkə dünyanın ən qazanclı və ən təhlükəli viruslarının hazırlanması ilə məşğul olurmuş.
Haker şəbəkəsi rəsmi şəkildə bir şirkət adıyla qeydiyyatdan keçərək bir binanın üç mərtəbəsində ofis tutub fəaliyyət göstərirmiş.
Şəbəkə üzvlərinin çoxu tələbə olub. Artıq saxlanılan şəxslər haqqında ittihamnamə də hazırlanıb.
İttihamnamədə ofisdə hazırlanan virusların inanılmaz sürətlə yayıldığı qeyd olunub. Virusu yayan kimi dərhal antivirus proqramını satır, antivirus proqramını satarkən isə qarşı tərəfin kredit kartındakı məlumatları oğurlayırmışlar. Bununla qazanc daha çox olurmuş.
Ukraynadakı üçmərtəbəli ofisin Şərqi Avropadan Bəhreynə, Hindistandan ABŞ-a qədər qurulmuş dünyanın ən böyük haker şəbəkəsinin mərkəzi olduğu təxmin edilir.
Antivirus şirkəti olan “McAffe”nin araşdırmaları nəticəsində şəbəkənin illik satışının təkcə 2008-ci ildə 180 milyon dollar olduğu üzə çıxıb.
Digər antivirus şirkəti olan “Panda” isə hər ay dünyada 35 milyon internet istifadəçisinin şəbəkənin yaratdığı növdən olan virus proqramlarından əziyyət çəkdiyini, bunun yaratdığı zərərin isə 400 milyon dollara yaxın olduğunu açıqlayıb.

694