Suriya müxalifəti Rusiya və Ukraynanı hədələdi
13 dekabr 2012 11:00 (UTC +04:00)

Suriya müxalifəti Rusiya və Ukraynanı hədələdi

0
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu ilin oktyabr ayında Ukrayna əsilli rusiyalı jurnalist Anxar Koçnevanı qaçıran qruplaşmanın bəyanatında qeyd edilir ki, Ukrayna və Rusiya səfirlikləri, bu ölkələrin vətəndaşları, o cümlədən iranlılar, bundan sonra onların hədəfləridir.

Qruplaşma bunun Ukrayna Xarici İşlər Nazirliyinin Anxar Koçnevanın qaçırılması ilə bağlı bəyanata cavab olduğunu bəyan edib.

Qeyd edək ki, dekabrın 11-də Ukrayna Xarici İşlər Nazirliyi Suriya hakimiyyətini Anxar Koçnevanın azad edilməsi üçün daha aktiv fəaliyyət göstərməyə və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb. Suriya müxalifəti isə jurnalisti casusluqda günahlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1254

Oxşar yazılar