
ABŞ rəsmən Suriya müxalifətini tanıdı
0
0
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama bunu dünən axşam ABC telekanalında çıxışı zamanı söyləyib. Barak Obama deyib ki, Suriya Müxalifət Koalisiyasının genişəhatəli olduğu qənaətinə gəliblər. Suriya Müxalifət Koalisiyasının ABŞ tərəfindən rəsmən tanınmasının böyük bir addım olduğunu dilə gətirən Barak Obama iki gün əvvəl Vaşinqtonun Suriya Azadlıq Ordusunun əsas döyüşən qruplaşması sayılan “Cabat an-Nusra” qruplaşmasını “əl-Qaidə” terror təşkilatının İraq qolu ilə yaxın olması səbəbindən terrorçu siyahısına salınmasına da toxunub: “Suriya müxalifətinin rəsmən tanınması özü ilə bərabər həm də məsuliyyət gətirir. Mütəşəkkil təşkilatlandıqlarından, bütün tərəfləri təmsil etdiklərindən və siyasi keçidə bağlı qalıb, qadın və azlıqların haqlarına hörmətlə yanaşdıqlarından əmin olmalıdırlar. Bəşər Əsədə qarşı mübarizəyə qatılan hər kəs bizim dəstəklədiyimiz insanlar deyil. Aralarında radikal, anti-ABŞ mövqeli olanlar da var və onları fərqləndirməkdə qətiyyətli olacağıq”.
Ancaq ABŞ Suriya müxalifətini rəsmən tanısa da, Vaşinqton hələ ki, müxaliflərin silahlandırılması barədə qərar verib.
Ancaq ABŞ Suriya müxalifətini rəsmən tanısa da, Vaşinqton hələ ki, müxaliflərin silahlandırılması barədə qərar verib.
0
0