Malidə baş naziri həbs etdilər
11 dekabr 2012 11:03 (UTC +04:00)

Malidə baş naziri həbs etdilər

Malinin baş naziri Çeick Modibo Diarra hərbi xunta tərəfindən həbs olunub. Lent.az-ın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, ölkə rəsmiləri bildiriblər ki, Diarra mart ayında hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib və dünən gecə isə hərbi xunta tərəfindən evinə hücum edilərək həbs olunub.

Qeyd edək ki, adıçəkilən ölkədə siyasi gərginlik səngimək bilmir. Diarra ötən həftə BMT-nin Təhlükəsizlik Şurasından ölkənin şimalından radikalların çıxarılması üçün hərbi əməliyyat üçün icazə almışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845

Oxşar yazılar