İrana görə 1,9 milyard dollar cərimələndi
11 dekabr 2012 07:19 (UTC +04:00)

İrana görə 1,9 milyard dollar cərimələndi

Britaniyanın «HSBC» bankı «çirkli pulların yuyulması»nda qatıldığı və cinayətkar aləmə yardım etdiyi üçün məhkəmənin qərarı ilə ABŞ xəzinəsinə 1,9 milyard dollar cərimə ödəməyə razılıq verib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ABŞ prokurorluğu bu maliyyə qurumunun ölkədəki şöbəsinin İran və Meksikadan olan cinayətkar aləmin pulunu leqallaşdırıraraq, ölkə iqtisadiyyatına təsir edəcəyini aşkarlayıb.

Bundan başqa «NSBC» Səudiyyə Ərəbistanı terrorçulara, Suriya hakimiyyətinə, eləcə də ABŞ-ın sanksiyalarına məhəl qoymayaraq, İrandan olan şirkət və şəxslərin birlikdə 19, 4 milyard dollarını qanunsuz olaraq, çeşidli banklara köçürüb.

Bu bank 1865-ci ildən "HSBC» («Hongkong və Shanghai Banking Corporation») nəzarət fəaliyyətni gerçəkləşdirib. Bank kimi 1990-cı ildən fəaliyyət göstərir.
Qrupun 88 ölkədə şöbəsi mövcuddur.

Xatırladaq ki, Britaniyanın başqa bir maliyyə qurumu, «Standard Chartered» də bu yaxınlarda İrana qarşı sanksiya rejimini pozduğu üçün ABŞ xəzinəsinə 327 milyon dollar cərimə ödəyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1466

Oxşar yazılar