Gürcüstan Rusiya ilə danışığa gedir
Gürcüstan baş nazirinin Gürcüstan-Rusiya münasibətlərinin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiyanın gürcü tərəfi ilə danışığa başlanmasına hazır olması barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatını alqışlayıb.
“Biz həm də Rusiyanın Gürcüstan ilə ticari-iqtisadi əlaqələri bərpa etməyə hazır olduğu barədə cənab Lavrovun verdiyi şərhə müsbət yanaşırıq. Bundan başqa biz Rusiya ilə sanballı və konstruktiv dialoqa hazır olduğumuzu vurğulayırıq” - deyə, Zurab Abaşidze Tiflisdə keçirilən brifinqdə bildirib.
Lent.az-ın “RBK”-ya istinadən məlumatına görə, Zurab Abaşidze tərəflər arasında görüşün yaxın günlərdə İsveçrədə keçirilə biləcəyini təsdiqləyərək, qeyd edib ki, Gürcüstan tərəfi Rusiya ilə dialoqun bərpası qarşılığında ilkin heç bir şərt irəli sürmür və eyni addımın Moskva tərəfindən də atılacağını gözləyir.
“Cənab Lavrovun bəyanatına əsaslanaraq, Rusiya tərəfi üçün bunun məqbul olmasını zənn etmək olar” – deyə, xüsusi nümayəndə vurğulayıb.
Zurab Abaşidzenin sözlərinə görə, birinci görüş texniki xarakter daşıyacaq: “Böyük ehtimalla görüş Rusiya XİN-nin ikinci şəxslə cənab Karasinlə başlaycaq”.
Zurab Abaşidze görüşün Cenevrə formatına mane olmayacağına əmin olduğunu bildirib və danışıqların davam edəcəyinə ümid edib: “Söhbət tam yeni müstəqil kanal ilə aparılacaq siyasi dialoqdan gedir”.

Oxşar yazılar

Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı
19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI
19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO
19 iyul 2025 , 19:22
Zorlanan 12 yaşlı qız doğuş zamanı öldü
19 iyul 2025 , 17:24
"Vaqner"in nəzarətində olan mədəndə ATIŞMA: 10 nəfər öldü
19 iyul 2025 , 11:30
Avropa Ittifaqının Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi
19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16