Stross –Kan xidmətçi ilə anlaşıb
11 dekabr 2012 06:17 (UTC +04:00)

Stross –Kan xidmətçi ilə anlaşıb

Beynəlxalq Valyuta Fondunun keçmiş başçısı Donimink Stross – Kan Nyu-York mehmanaxanasındakı xidmətçiyə pul ödəyib.

Lent.az-ın «BBC»-yə istindən məlumatına görə, ödəmənin məbləği açıqlanmayıb.

Nyu-York hakimi bildirib ki, 33 yaşlı Nafissat Dialloya məbləğ verildikdən sonra proses başa çatıb.
Mütəxəssislərin sözlərinə görə, problemin məhkəmədənkənar həlli Stross-Kana nüfuzunu qorumaq üçün yardım edib.

Xatırladaq ki, sözü gedən xidmətçi qadın Stross – Kanın onu zorladığını iddia edirdi. Bu olaydan sonra Kan Beynəlxalq Valyuta Fondundakı vəzifəsini itirdi. Bundan başqa Fransa prezidentliyinə ən real namizədlərdən biri olduğu halda bu siyasi yarışda iştirak şansını da əldə verdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1102

Oxşar yazılar