Misir ordusu mülki vətəndaşları həbs edə biləcək
11 dekabr 2012 03:18 (UTC +04:00)

Misir ordusu mülki vətəndaşları həbs edə biləcək

Misir prezidentin Məhəmməd Mursi gerçəkləşdirmək istədiyi Ana Yasa referendumunda təhlükəsizliyi təmin etmək məqsədi ilə orduya uyğun göstəriş verib.

Lent.az-ın Türkiyə «NTV»-sinə istinadən məlumatına görə, yeni qərara əsasən, ordu birlikləri təhlükəsizliyi qorumaq, asayişi təmin etmək məqsəd ilə polislə birlikdə fəaliyyət göstərəcək, mülki vətəndaşları həbs belə edə biləcək.

Qeyd edək ki,müxalifət yeni Ana yasa ilə bağlı keçirilən referendumun vaxtının dəyişdirilməsini, habelə layihədə siyasi azadlıqların məhdudlaşdırılması, dini azlıqların və qadın haqlarının müdafiə olunmadığını bildiriblər.

Danışıqlar və etiraz aksiyaları nəticə vermədiyindən müxalifət dekabrın 15-də keçirilməsi nəzərdə tutulan referendumu boykot etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779

Oxşar yazılar