Tacikistan prezidentinin yeznəsinin qətli dövlət sirri sayıldı
11 dekabr 2012 02:41 (UTC +04:00)

Tacikistan prezidentinin yeznəsinin qətli dövlət sirri sayıldı

Tacikistanın baş prokuroru ölkə prezidenti İmaməli Rəhmanın yeznəsi Halmömin Səfərovun qətli ilə bağlı cinayət işinin dövlət sirr olduğunu elan edib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qurum bildirib, bu işdə bəzi dövlətlərin əlinə düşə biləcək informasiyalar olduğuna dair onlarda məlumat var.
57 yaşlı Halmömin Səfərov tacik liderinin doğma bacısının əridir. Onun qətli ilə bağlı 3 nəfər saxlanılıb.

Cinayət əməlinin törədilməsində başlıca icraçı Dilovarşo Qasımovu sayırlar. Ona qarşı «qətl, qanunsuz silah vədə etmə və saxlama», habelə «çoxarvadlılıq» maddələri üzrə cinayət işi açılıb.
Onun vəkili Şöhrət Qüdrətov deyib ki, bu işlə bağlı informasiya yaymayacağına dair iltizam alıblar.

Mənbənin xatırlamasına əsasən, bu il iyunun 14-də naməlum şəxslər Səfərovu tapança ilə qətlə yetiriblər. Odlu silahdan açılan atəş nəticəsində prezidentin yeznəsi yerində keçinib.
Vəkilin sözlərinə görə, müvəkkilindən etiraf almaq üçün Dilovarşo Qasımova işgəncə verirlər.

Bir müddət öncə «Amnesty International» qətldə şübhəli bilinərək, saxlanılanlardan birinin taleyindən rahatsız olduğu barədə məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1363

Oxşar yazılar