Məşhur müğənni təyyarə qəzasında öldü
10 dekabr 2012 11:09 (UTC +04:00)

Məşhur müğənni təyyarə qəzasında öldü

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər həyatını itirib. Ölənlər arasında Amerikanın məşhur müğənnisi, Meksika əsilli Cenni Rivera da var. Meksikanın nəqliyyat naziri Luis Esparza deyib ki, qəzaya uğrayan “Learjet 25” tipli təyyarə ABŞ-ın “Starwood Management” şirkətinə məxsusdur. Təyyarə Toluka şəhərinə uçmaq üçün Monterrey şəhər aeroportundan havaya qalxıb, ancaq havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib. Qəzanın səbəbi məlum deyil.

Qeyd edək ki, 43 yaşlı Cenni Rivera Latın Amerikası və ABŞ-da məşhurdur. Karyerası ərzində 22 milyon diski satılıb. O, dəfələrlə Latın Amerikası İncəsənət və Elm Akademiyasının musiqi mükafatlarına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3550

Oxşar yazılar