Sərt qış avropalılara sərt üzünü göstərdi
10 dekabr 2012 10:47 (UTC +04:00)

Sərt qış avropalılara sərt üzünü göstərdi

0
Avropada sərt şaxta və yağan güclü qar onlarla insanın ölümünə səbəb olub.

Lent.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, sərt qışdan ən çox Balkan ölkələri ziyan çəkib. Artıq 30 saatdır ki, bu bölgəyə fasiləsiz olaraq qar yağır.

Məlumata görə, güclü qar səbəbindən minlərlə xilasedici yollarda qalan minik və yük maşınlarının sürücülərini xilas etməyə cəlb olunub. Avropanın böyük aeroportları da fəaliyyətini dayandırıb. Amstredam, Frankfurt-na-Mayn və Dyusseldorf aeroportunda onlarla reys ləğv edilib. Fransa, Belçika, Almaniya və Hollandiyada sürət qatarlarının hərəkəti dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1005

Oxşar yazılar