Çaves varisinin adını açıqladı
0
0
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Hüqo Çaves bunu Venesuela Dövlət Televiziyası ilə xalqa müraciətində söyləyib.
Kubanın paytaxtı Havanada müayinədən keçəndən sonra bədənində bədxassəli xərçəng hüceyrələri aşkarlandığını bildirən Venesuela prezidenti qarşıdakı günlərdə əməliyyat olunacaq. Bu əməliyyatdan da uğurla çıxacağını dilə gətirən 58 yaşlı Hüqo Çaves müalicənin uğursuz olacağını halda venesuelalılardan xarici işlər naziri Nikolas Maduronu prezident seçmələrini istəyib.
Qeyd edək ki, bundan əvvəl 1 il ərzində 3 dəfə əməliyyat edilən Hüqo Çaves xərçəngə qalib gəldiyini bəyan etmişdi.