Çexiyada rekord dərəcədə şaxta qeydə alınıb
09 dekabr 2012 07:15 (UTC +04:00)

Çexiyada rekord dərəcədə şaxta qeydə alınıb

0
Çexiya Respublikasında ölkə üçün rekord dərəcədə şaxta qeydə alınıb.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, ölkənin Plava-na-Yablonetsk yaşayış məntəqəsində 27 dərəcə şaxta olub.

Həkimlər 67 yaşlı bir kişinin soyuqdan donaraq, öldüyünü bildirib.

Çexiya dövlət meteoroloji xidmətin məlumatına əsasən, gecə bölgənin bir çox dövlətlərindən daha aşağı dərəcədə temperatur qeydə alınıb - 22,4 - 27,8 .

Qurum xəbərdarlıq edərək, yaxın gecələrdə də Çexiyada havalar daha şaxtalı keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1793

Oxşar yazılar