Barak Obamanın  seçki kampaniyası rəhbərinin bığ macərası
09 dekabr 2012 05:27 (UTC +04:00)

Barak Obamanın seçki kampaniyası rəhbərinin bığ macərası

0
ABŞ-ın dövlət başçısı Barak Obamanın seçki kampaniyasının başçısı Devid Akselrod məşhur bığını qırxdırıb.

Yayılan xəbərlərə görə, adı çəkilən siyasi kampaniya zamanı Akselrod “Mornin Joe” proqramının aparıcısı Co Skerboro ilə mərcə gələrək demokratların Miçiqan, Minnesota və Pensilvaniya ştatlarında qalib gələcəyini proqnozlaşdırmışdı:«Dediklərim düz çıxmazsa, bığımı qırxacağam».

Seçkidə isə Barak Obama həmin ştatlarda səslərin əksəriyyətini qazandı. Odur ki, Akselrod da bu mərci udub. Ancaq o, başqa bir mərci uduzub. O, bildirib ki, ABŞ Epilepsiya Araşdırmalar Mərkəzinin hesablarına ən azı bir milyon dollarlıq ianə yatırılacağı təqdirdə bığını qırxdıracaq.

Qızı epilepsiya xəstəsi olan Akselrod istəyinə çatıb və mərkəz xeyriyyə kampaniyasında bir milyon dollar yığılıb. Siyasətçi də sözünün üstündə duraraq, 40 illik bığı ilə «vidalaşıb».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1140

Oxşar yazılar