Misir ordusu xəbərdarlıq etdi: «Zorakılığa dözən deyilik»
08 dekabr 2012 23:52 (UTC +04:00)

Misir ordusu xəbərdarlıq etdi: «Zorakılığa dözən deyilik»

Misirdə prezident Məhəmməd Mursinin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurmaya ara verilməyib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, müxalifət yeni Ana Yasa layihəsi ilə bağlı referendumun keçirilməsinin təxirə salınmasını tələbə edirsə, «müsəlman qardaşları» hərəkatı həmin siyasi kampaniyanın təyin olunmuş vaxtda, dekabrın 15-də keçirilməsinə israr etməkdədir.

«Müsəlman qardaşları» və başqa islamçı qurumların daxil olduğu koalisiya müxalifətin mübahisəli konstitusiyaya dair dekabrın 15-i referendumun təxirə salınması tələblərini rədd edib.

Müsəlman qardaşları hərəkatının yüksək səviyyəli nümayəndəsi Xayart əl-Şater referendumun təxirə salınmadan və heç bir dəyişiklik edilmədən müəyyən edilmiş vaxt keçirilməli olduğunu deyib.

Üçüncü həftədir ölkədə siyasi böhran davam edir. Məhəmməd Mursi müxalifəti əhatəli dialoqa çağırıb.

Müxalifət liderləri prezidentin mübahisələrə səbəb olmuş fərmanı və konstitusiya layihəsi üzrə referendum ləğv edilmədiyi təqdirdə onunla müzakirələrdə maraqlı olmadıqlarını bildiriblər.

Misirin silahlı qüvvələri siyasi fikir ayrılıqlarına son qoyulması üçün dialoqa dəstək verdiyini bildirib. Silahlı qüvvələrin sözçüsü razılığın əldə edilməsi üçün dialoqun yeganə və ən yaxşı yol olduğunu deyib.

Belə bir durumda ordu rəhbərliyi onu da bildirib ki, hərbçilər ölkədəki zorakılığa dözmək niyyətində deyillər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071

Oxşar yazılar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü

Avtobus uçuruma yuvarlandı - 14 ölü

21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15