İnquşetiyada polisə hücumların sayı 50 faiz artıb
16 noyabr 2012 07:36 (UTC +04:00)

İnquşetiyada polisə hücumların sayı 50 faiz artıb

0
Rusiya İstintaq komitəsi İnquşetiya idarəsinin başçısı İbrahim Moquşkov cari ilin 10 ayı ərzində asayiş keşikçiləri əməkdaşlarına hücumların sayının ötən ilin uyğun dövrü ilə müqayisədə 32-dən 48-dək artdığını söyləyib.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, deyib:«2012-ci ildə baş vermiş belə cinayətlər nəticəsində 92 nəfər xəsarət alıb, onların 84-ü asayiş keşikçiləridir. 18 nəfər həlak olub».

Onun sözlərinə əsasən, ötən ilin uyğun dövründə 33 nəfər xəsarət alanın 31-i hüquq –mühafizə orqanlarının əməkdaşlarıdır. Onların da 12 nəfəri həlak olub.

Moquşkov qeyd edib ki, bu olaylar nəticəsində 8 dinc sakin xəsarət alıb, onlardan biri həlak olub:«Ötən il isə bir dinc sakin həlak olmuş, biri də xəsarət almışdı».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 811

Oxşar yazılar