İraq prezidenti baş nazirə acıq edib
15 noyabr 2012 06:53 (UTC +04:00)

İraq prezidenti baş nazirə acıq edib

İraqda hakimiyyət böhranı getdikcə böyüyür. APA-nın «Rudaw» internet saytına istinadən verdiyi xəbərə görə, ölkə prezidenti Cəlal Tələbani baş nazir Nuri əl-Maliki ilə aralarında olan narazılıq ucbatından paytaxt Bağdadı tərk edib.

Mənbənin məlumatına əsasən, səbəblərdən biri də İraq ordusunun tərkibində əl-Malikinin xüsusi təyinatlı «Dəclə Əməliyyat Qüvvəsi» hərbi hissəsini yaratmasıdır. Müşahidəçilərin fikrincə,bu hirbi birləşmə ölkənin kürdlər yaşayan bölgəsində xüsusi əməliyyatlar aparmaq məqsədi ilə formalaşdırılıb. Bundan başqa Maliki İraqın Şimalındakı kürd silahlılarının İraq ordusuna tabe olmasını tələb edib.

Baş nazirin addımları ilə razılaşmayan milliyyətcə kürd Cəlal Tələbani paytaxtı tərk edərək kürdlərin nəzarətindəki Süleymaniyyə şəhərinə gedib. Tələbani «Dəclə Əməliyyat Qüvvəsi»nin bölgə üçün təhlükə olacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091

Oxşar yazılar