“Çünki bir azdan köpəklər gələcək” - MÜHARİBƏ DƏHŞƏTLƏRİ
Qora bişirən avqustda Suriyanın Azaz qəsəbəsində müxaliflərdən birinin dediyi bu sözlər məni üşütmüşdü...
Mən Azazda olanda Əsəd oranı təzəcə bombalamışdı.
114 ölü, onlarla yaralı…
Təkcə bir qəsəbədə…
İndi Suriyada ölənlərin sayı az qala qırx minə çatır. Hər gün ölənlər, hər gün yaralananlar, hər gün elə bu şəkillərdə gördüyünüz kimi...
Küçələr cəsədlə dolu…
Bircə köpəklər görünmür küçələrdə. Onlar gecə gələcək.
Köpəklərin başladığı savaşa canlı şahidlik etmək üçün.
Bu şəkillər canlıdır, sənəddir, zamandır, tarixdir.
Bu fotolar sözün bitdiyi yerdir.
Bu fotolar insanlıq dramının ən sonuncu pərdəsidir.
Bu fotolar Suriyada çəkilib…
Və bu fotolardakılar İNSANDIRLAR!
Müharibəni ancaq İNSAN edə bilərdi. Dostumuz Təhminə xanım belə insanlıqdan qorxduğunu deyir.
Amma…
Amma lənətə gəlsin belə İNSANLIQ.
Və müharibə…
…Çünki...
Çünki bir azdan köpəklər gələcək…
Səbuhi Məmmədli
Müəllifdən: Fotolar bir rus bloggerinin saytından götürülüb

Oxşar yazılar

Dünyanın ən aktiv vulkanı yenidən püskürdü
24 avqust 2025 , 03:35
“TikTok” Böyük Britaniyada yüzlərlə iş yerini ixtisar edə bilər
24 avqust 2025 , 01:01
Tanınmış bloger Arsen Markaryan Rusiyada saxlanıldı
23 avqust 2025 , 21:02
Türkiyə Ukraynaya hərbçi göndərə bilər
23 avqust 2025 , 20:11
DTX rəhbəri istefa verdi - Gürcüstanda
23 avqust 2025 , 19:27
Müharibəyə görə Ukraynanın əhalisi nə qədər azalıb?
23 avqust 2025 , 17:18
Nüvə əsas təhlükə DEYİL: bəşəriyyəti nə məhv edəcək?
23 avqust 2025 , 14:51